Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatdan Nemtsovla bağlı bəyanat



Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov Moskva şəhərində qətlə yetirilib


Müsavat Partiyası bununla bağlı bəyanat verib.


Bəyanatda deyilir:

Rusiya Respublikaçılar Xalq Azadlıq Partiyası-Parnasın həmsədri və Rusiyada “Solidarnost” Demokratik Hərəkatının Koordinasiya Komitəsinin üzvü olan Boris Nemtsov Rusiyanın demokratikləşməsi uğrunda mübarizənin liderlərindən biri idi. B.Nemtsov həmçinin Rusiya demokratlarının postsovet məkanındakı aparıcı demokratik qüvvələrlə, o cümlədən Müsavat Partiyası ilə əlaqələrə xüsusi önəm verən liderlərdən olub.

Rusiyada prezident Putinin əsas rəqiblərindən olan Nemtsovun qətlə yetirilməsi yalnız Rusiya üçün yox, bütün dünyada demokratik dəyərlər uğrunda mübarizə aparanlara zərbədir.

Müsavat Partiyası bu ağır gündə Rusiyanın demokratik qüvvələrinə dəstəyini bildirir, bütün demokratik qüvvələri bəyan etdikləri hədəflər uğrunda daha qətiyyətlə mübarizə aparmağa çağırır.

Müsavat Partiyası mərhumun silahdaşlarına və yaxınlarına baş sağlığı verməklə yanaşı, bu amansız qətlin sifarişçilərinin və icraçılarının dərhal tapılaraq cəzalandırılmasını tələb edir”. (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar