Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatdan gənc fəalın həbsinə etiraz


Müsavat Partiyası gənc müsavatçının saxlanılmasına etiraz olaraq bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən daxil olan bəyanat mətnində bildirilir:


"Müsavat  Partiyası Laçın rayon təşkilatının  təsisçilərindən biri, 12 il bu təşkilatın sədri olan Raqif  Kərimlinin oğlu müsavatçı gənclər təşkilatının MTK-nın sədri  blogger, musavat.org.az saytının adminstiratoru Fərəc Kərimov 23 iyul 2014-cü il tarixində Bakı sağlamlıq mərkəzinin reanimasiya  şöbəsinin qabağından mülki geyimli şəxslər tərəfindən heç bir sənəd təqdim edilmədən, ona hüquq və vəzifələri elan edilmədən faktiki olaraq oğurlanaraq, iradəsi əleyhinə məcburən qeyri-müəyyən istiqamətdə aparılıb.  
Hakim rejim Fərəc Kərimovu siyasi və blogger fəaliyyətinə görə həbs etdiyini gizlədə bilməyəcək. Bir neçə gün bundan qabaq onun siyasi fəaliyyətlə məşğul olmayan böyük qardaşı Sirac Kərimli küçədə saxlanılaraq, üzərindən əməliyyatçılar tərəfindən guya narkotik maddənin tapılması, evində axtarış aparılarkən ilk olaraq  Fərəcə məxsus notebookun axtarılması və götürülməsi, bu həbsin Fərəc üçün planlaşdırıldığını ifşa edirdi. 
Müsavat Partiyası siyasi xarakter daşıyan bu həbslərin Müsavat Partiyasına qarşı, azad düşüncəli gənclərə qarşı, sosial şəbəkələrin fəal iştirakçılarına qarşı - bütövlükdə Azərbaycan demokratik qüvvələrinə qarşı repressiyaların davamı olduğunu bəyan edir.
Raqif Kərimlinin ailə üzvlərinə qarşı həyata keçirilən bu həbslər, iki azyaşlı uşaq atası, heç bir siyasi mənsubiyyəti olmayan Sirac Kərimlinin şərlənərək həbs edilməsindən sonra insult əlamətləri olan anasını təcili yardım maşını ilə Bakı sağlamlıq mərkəzinə müayinədən keçirmək üçün aparan qardaşı Fərəc Kərimovun da saxlanılması eyni zamanda konkret bir ailəyə qarşı qəddarlığın təzahürüdür. 
Beynəlxalq təşkilatlar qarşısında siyasi məhbusların olmadığını iddia edən Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bloggerləri, siyasi fəalları, QHT nümayəndələrini həbs etməklə  faktiki olaraq siyasi məhbuslar siyahısını günü-gündən genişləndirir. 
Azərbaycan hakimiyyətinin bu repressiv addımları haqq və ədalət ugrunda mübarizə aparan müasir gəncliyin mübarizə ruhunu qıra bilməyəcəkdir. Gənclərlə mübarizə aparan rejimlərin süquta məhkum olması tarixin qanunauyğunluğudur.
Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Sirac Kərimlinin və Fərəc Kərimovun  qeyri-şərtsiz olaraq dərhal həbsdən azad edilməsini tələb edir".   


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar