Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatı bərpa edənlərdən kimlər qalıb, kimlər gedib?


Müsavat Partiyasının bərpa mərkəzindən gedənlərin siyahısı açıqlanıb


Qubad İbadoğlunun tərəfdarları 1992-ci ildə Müsavatın bərpasında iştirak etmiş, hazırda partiyada olmayanların siyahısını açıqlayıb.

Abbas Abdulla, Aydın Balayev, İbrahim İbrahimli, Nəsib Nəsibzadə, Niyazi İbrahimli, Niyazi Mehdi, Rizvan Hüseynov, Sabit Bağırov, Sədrəddin İsmayılov, Tofiq Qasımov, İxtiyar Şirin, Sülhəddin Əkbər Müsavatdan istefa verənlərdir.

Partiyanın bərpasında iştirak edən 4 nəfər - Ağamalı Sadiq, İsmayıl Şıxlı, Mürşüd Məmmədov, Yusif Səmədoğlu dünyasını dəyişib.

Bərpaçılar arasında olan Vurğun Əyyub Müsavat Partiyasında qalsa da, narazıların yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı sədrinin birinci müavini postundadır. Müsavatın hazırkı rəhbərliyi tərəfindən xəyanətkar elan olunub.

Bərpaçılar arasında yalnız yeddi nəfər – İsa Qəmbər, Arif Hacılı, Mirbaba Babayev, Məryəm Həsənova, Rafiq İsmayıl, Rauf Arifoğlu, Şövkət Tağıyeva qalıb.

ADR İdarə Heyətinin üzvü, yeni rəhbərliyi qəbul etmədiyi üçün Müsavatdan çıxarılan Səxavət Əlisoy Publika.az-a açıqlamasında bildirib ki, Müsavatın hazırkı duruma düşməsinin əsas səbəblərindən biri də bərpaçılardan əksəriyyətinin istefa verməsidir.

“Rauf Arifoğlu partiya rəhbərliyində təmsil olunmur, sırf qəzetçiliklə məşğuldur. Şövkət xanım və Məryəm xanım yaş və səhhətlə əlaqədar partiyada fəaliyyətlərini demək olar ki, dayandırıb. Rafiq bəy əsas enerjisini elmi fəaliyyətə yönəldib. Yerdə bugünkü Müsavatın əsas üçlüyü qalır: Mirbaba Babayev, Arif Hacılı və İsa Qəmbər.  Diqqətlə analiz etdikdə, Müsavat Partiyasının bu günə qalmasının səbəbləri də bəlli olur”, - deyə o bildirib.(publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar