Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatın MNTK sədrinə “Ağ Blok”dan sərt cavab gəldi


Sevinc Hüseynova Tural Abbaslı və “Ağ Blok” üzvlərinin partiyadan qovulacaqları anonsunu verib


Sevinc Hüseynova: “Tural Abbaslı düzgün yol seçməyib”

Tural Abbaslı: “Rəsulzadə sağ olsaydı...”

“Ağ Blok”un təsis edilməsindən sonra cəmiyyətin əsas marağında olan məsələlərdən biri də, qurumda təmsil olan Müsavat üzvlərinin partiyadakı fəaliyyətləridir. Müsavat rəhbərliyi mətbuata verdikləri açıqlamalarda “Ağ Blok”a daxil olan üzvlərinin partiyadan çıxarılacaqları anonsunu verməkdədilər. 

Belə bir açıqlama Müsavat MNTK-nın sədri Sevinc Hüseynova məxsusdur. O, APA-ya açıqlamasında partiya daxilində blok yaradıb, seçkilərə getməyin mümkünsüz olduğunu qeyd edib. MNTK sədri blokun təsisçilərindən olan, Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslının partiyadan kənarlaşdırılacağını istisna etməyib: “Hələ ki "Ağ Blok" təqdimatını keçirib. Əgər Tural Abbaslı və digər Müsavat üzvləri partiyanın siyasi xəttinə zidd hərəkət etsələr, təbii ki, bu məsələ MNTK-da müzakirə olunacaq. "Ağ Blok"un təqdimatına yalnız Müsavatın əleyhdarları, partiyadan kənarlaşdırılanlar toplaşmışdılar. Onlar özlərini ləkələnməmişlər kimi təqdim edirlər. Əgər onların fikrincə müxalifətdə ləkələnməmişlər 5-6 nəfərdirsə, deməli, digərlərinə kölgə salırlar. Ona görə də mən hesab edirəm ki, Tural Abbaslı düzgün yol seçməyib”. 

“Ağ Blok” və barəsində səslənən fikirlərlə bağlı Tural Abbaslının mövqeyini öyrəndik. O, bir partiyanın rəhbər strukturunda təmsil olunan bir şəxsin  dilindən səslənən bu fikirlərə təəssüfləndiyini bildirdi: “Partiyaların əksəriyyətində rəhbər orqanlarda təmsil olunan şəxslər siyasi baxımdan zəifdirlər. Bu dəqiqə müxalifətə didişmələr yox, bütövlük lazımdır. Mənim səhv və ya düz olduğum mənəvi məsələlərdir. Hər şeyi zaman göstərəcək. Bu günə qədər heç vaxt yanlış yolda olmamışıq, bundan sonra da olmayacağıq”.

“Ağ Blok”un təmsilçisi Müsavatın yanlış yolda olduğunu da qeyd etdi: “ Amma bu gün Müsavat rəhbərliyinin yanlış yolda olduğunu rahatlıqla deyə bilərik. Arif Hacılı başda olmaqla, onu dəstəkləyən qrup çox yanlış yoldadır. İnsanları Müsavatdan qovdurmaqla, küsdürməklə, şantaj etməklə heç nəyə nail olmaq olmaz. Bu insanlar illərini Müsavata vermiş şəxslərlə hələ danışıq tərzini öyrənməyiblər. Anlamırlar ki, 22 ildir müxalifətdə olan bir partiyanın rəhbərləridir. Bu illər ərzində insanlar heç bir maddiyyat güdmədən canlarını partiya yolunda qoyublar. Müsavatın adının yaşaması bu şəxslərdən asılıdır. Bu yolla partiyanı nəinki gücləndirmək, hətta ayaqda belə saxlamaq çətindir. Bu gün Gülağa Aslanlı belə, Arif Hacılının maraqlarına zidd addım atsa, eyni sözlər onun barəsində deyiləcək. Müsavatda partiya maraqlarından daha çox, Arif Hacılı maraqları güdülür. Təbii ki, mən bu maraqlara cavab vermirəm. Ona görə də, bu cür ittiham, şantajlar təbiidir. Sevindirici hal olmalıdır ki, yeni bir siyasi qurum yaranıb. Ən azından alternativlər artır. Bunlar isə, siyasi qısqanclıqla məşğuldurlar. Təqdimata gələnləri analiz edirlər. Müsavatdan qovulan var ya yox. İştirak edən hər bir müsavatçını bir-bir tanıyıram. Hər biri böyük mübarizə yolu seçiblər. Onların müsavatçılığına şübhə yoxdur. Rəsulzadə sağ olsaydı, eyni ittihamlar ona da deyilərdi. Cavab verməkdən daha çox, öz işlərimizlə məşğul olmaq istəyirik. Onlara da eyni məsləhəti verərdim. Daha çox hakimiyyəti analiz etsinlər. Cılız işlərlə məşğul olmasınlar. Müxalifətdaxili intriqalarda iştirak etmək istəmirik. Hər kəsə uğurlar arzulayıram”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar