Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatın Məclis sədrliyi uğrunda gərgin mübarizə gözlənilir


Sədrliyə namizədlərin kimliyi hələ də məlum deyil


Dekabrın 27-də Müsavat Məclisinə növbəti seçkilər keçiriləcək. Məclis sədrliyinə bır sıra tanınmış partiya funksionerlərinin adı hallanır. Qeyd edək ki, Məclis sədrliyinə keçirilən bütün seçkilər daim gərginliklə müşahidə olunub. Çünki Məclis sədri müstəsna səlahiyyətlərə malikdir. Hətta partiya başqanının səlahiyyətlərini icra etmək hüququ da var. Bu baxımdan gərgin mübarizə başadüşüləndir. 

Hazırda ən çox maraq doğuran Məclisin keçmiş sədri Arzu Səmədbəylinin namizədliyidir. Qurultaydan sonra Arzu Səmədbəyli susqun görünür. Çoxları belə hesab edir ki, o, partiya rəhbərliyindən Məclis sədri olmaq üçün təklif gözləyir. Məsələyə aydınlıq gətirmək üçün A.Səmədbəylinin özü ilə əlaqə saxladıq. A.Səmədbəyli həmişə olduğu kimi, yenə də sükutu pozmadı: “Bu barədə danışmıram”.

Müsavatdakı narazı qruplardan birinin rəhbəri, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Məclislə bağlı mövqeyini açıqlayıb. Başqanlığa keçmiş namizəd maraqlı fikir irəli sürüb. O, Məclis sədrin xanım olmasını istəyir: “Arzu edərdim ki, Ellada xanım, Məlahət xanım, Dünyaxanım və digər dəyərli xanımlarımızdan biri Məclisə sədr seçilsin”.

Müsavat başqanın müavini Elman Fəttah Məclis üzvlərinin hər birinin sədrliyə namizədliyini irəli sürmək hüququnun olduğunu bildirdi: “Hər bir üzvün sədrliyə namizədliyini irəli sürmək hüququ var. Cinsi, təhsili və yaşından asılı olmayaraq, bu hüquq hamıya şamil edilir”.

Başqan müavini Qubad İbadoğlunun irəli sürdüyü namizədlərə bağlı da danışdı: “Qubad bəyin müsahibəsini oxumuşam. Müsahibədə 3 xanımın adını çəkir. Başqa xanım namizədlərdə yəqin ki, olacaq.  Müsavatda seçkilər gizli şəkildə, tam demokratik və şəffaf şəraitdə keçirilir. İndi də bu tələbə əməl olunacaq”.

Qeyd edək ki, 27 dekabrda Müsavat Məclisinin sədrliyindən əlavə, seçkili orqanlarda boş qalmış yerlərə də seçkilər keçiriləcək. Hazırda Məclisdə 32, MNTK-da 3 və Divanda 4 yer boşdur. Məclis sədri avtomatik olaraq Divan üzvü sayılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar