Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatın mitinq qərarına partiyalardan dəstək verildi


Sərdar Cəlaloğlu: “Müsavat ADP-ni mitinqə dəvət etsə, mütəşəkkil şəkildə iştiraka çalışacağıq”


İqbal Ağazadə: “Siyasi məhbusların azad olunması kimi məsələlərin gündəmə gətirilməsi xoş missiyadır”; Pənah Hüseyn: “Müsavat Partiyasının keçirəcəyi mitinqdə də iştirak edəcəyik”

Müsavat Partiyasının Divanı noyabrın 23-də keçirilən ümumrespublika müşavirəsində və partiyanın yerli təşkilatlarında irəli sürülən təklifləri nəzərə alaraq, Beynəlxalq insan hüquqları günü münasibətilə dekabrın 14-də saat 15.00-da “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirilməsi barədə qərar qəbul edib. 

Müsavatın mitinq təyin etməsinə onunla Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi daxilində əməkdaşlıq edən partiyaların bəziləri münasibət bildiriblər. 

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, insanların hüquqlarının ən müxtəlif müstəvilərdə müdafiə olunmasının ziyanı yoxdur. Bu baxımdan siyasi məhbusların hüquqlarının müdafiəsi istiqamətində mitinq də keçirmək olar: “Söhbət effektin olub-olmayacağından gedirsə, təbii ki, mitinqlərlə biz siyasi məhbusların azad olunmasına nail ola bilməyəcəyik. Təcrübə göstərir ki, Azərbaycan hakimiyyətinə bu yolla təsir etmək mümkün olmur. Hakimiyyət antidemokratik olduğu üçün demokratik prosedurlara o qədər də məhəl qoymur. 

Amma hər bir halda siyasi məhbuslar problemini gündəmdə saxlamaq baxımından mitinqlər də önəmlidir. O ki qaldı ADP-nin 14 dekabr mitinqində iştirakına, qanun bizə partiya üzvlərinin hüquqlarını məhdudlaşdırmağa icazə vermir, ona görə də üzvlərimiz istədiyi təşkilatın təşkil elədiyi mitinqlərdə iştirak edə bilərlər. Əgər Müsavat Partiyası ADP-ni mitinqə dəvət etsə, təbii ki, ADP üzvlərinin mitinqdə mütəşəkkil şəkildə iştirakına çalışacağıq”. 

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, siyasi məhbusların azad olunması kimi məsələlərin gündəmə gətirilməsi xoş missiyadır: “Müsavat Partiyası həmin aksiya ilə bağlı bizə müraciət edəcəksə dəyərləndirəcəyik. Hesab edirəm ki, dəyərləndirməmiz müsbət ola bilər. Çünki biz də istəyərik ki, siyasi məhbusların azad olunması ilə bağlı aksiya keçirək. Amma bütövlükdə yanaşdıqda, ümumiyyətlə siyasi partiyaların əsas işi, əsas vəzifəsi mitinqlər deyil. Siyasi partiyalar tamam başqa işlərlə məşğul olmalıdır, siyasi partiyalar təkcə insan haqlarının müdafiəçisi qismində çıxış etməməlidir.

 Təəssüflər olsun ki, Azərbaycan siyasi partiyaları son illərdə ancaq bu missiya ilə çıxış edir və digər proseslərin hamısı kənarda qalıb. İnsan haqlarını da müdafiə etmək lazımdır, lakin siyasi partiyaların yeganə missiyası bu olmamalıdır. Hesab edirəm ki, bu gün əməkdaşlığın konturlarını insan haqlarının müdafiəsi ilə bağlı axtarmaqdansa, gələcək seçkilərdə, 2015-ci il parlament seçkilərində müxalifət olaraq birgə iştirakın konturları, demokratikləşməyə birgə töhfələr verilməsini müəyyənləşdirmək daha səmərəli ola bilər. İnsan haqları məsələsi də bunun içərisində elementlərdən biridir”. 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn siyasi məhbuslara azadlıq şüarı və tələbi ilə keçirilən kütləvi aksiyaları müdafiə etdiklərini bildirdi: “Bir qayda olaraq bu aksiyalarda iştirak edirik. Müsavat Partiyasının keçirəcəyi mitinqdə də iştirak edəcəyik. Hesab edirəm ki, bu cür tədbirlər sonuncu siyasi məhbus azad olunana qədər davam etməlidir. 14 dekabr mitinqinin Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin aksiyası şəklində keçirilməsinin mümkün olub-olmadığı barədə sualınıza gəlincə, bu aksiyanı Müsavat Partiyasının Divanı təyin edib. Mitinqin Mərkəzin mitinqi olaraq keçirilməsi barədə hansısa müzakirələri Müsavat Partiyası məsləhət bilsə, əlbəttə ki, məsələ müzakirə olunar. Bu cür məsələlərin müzakirəsi tam şəkildə Müsavat Partiyasından asılıdır”.(musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar