Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlman alimlər niyə Nobel mükafatı ala bilmir?


Etibar Əliyev: “Burada heç bir haqzılığa və saxtakarlığa yol verilə bilməz”


Nobel Sülh Mükafatının təsis olunduğu 112 ilə nəzər yetirdiyimiz zaman ciddi və şübhəli məqamlar ortaya çıxır. Dünya əhalisinin 25 faizini müsəlmanlar təşkil etməsinə baxmayaraq, mükafatçılar sırasında 10 müsəlman aliminin adı yer alır.

Bunlardan 6-sı Nobel Sülh Mükafatını alanlardır. İki yazıçı Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Elmlə bağlı Nobel mükafatlarının indiyəcən yalnız ikisində - Fizika və Kimya nominasiyalarında müsəlman qaliblər olub. Tibb və İqtisadiyyat üzrə Nobel mükafatı alan müsəlman alim yoxdur. 

Pakistanlı fizik Əbdus Salam Nobel mükafatını alan ilk müsəlman alimidir. Misir-Amerika alimi Əhmed Zevail, Misir prezidenti  Ənvər əl-Sadat, Fələstin Muxtariyyətinin rəhbəri Yasir Ərafat, iranlı hüquq müdafiəçisi Şirin Ebadi, misirli Məhəmməd Əl Bəradeyi, banqladeşli Məhəmməd Yunus, yəmənli Tavakel Karman, Misir yazıçısı Nacib Məhfuz və son olaraq, türk yazıçısı Orxan Pamuk Nobelə layiq görülən müsəlmanlardır.

Təsis olunma zamanına diqqət yetirsək görərik ki, müsəlman alimlər namizədliklərini nüfuzlu mükafatı qazanmaq üçün irəli sürmələrinə baxmayaraq, demək olar ki, kənarda qalıblar. Çoxları bunun qərəzçilikdən irəli gəldiyini iddia edirlər.

Azərbaycanda Nobel mükafatı üzrə ən yaxşı ekspertlərdən sayılan Etibar Əliyev Nobelə layiq görülənlər arasında yəhudilərin üstünlük təşkil etdiyini bildirdi: “Mükafat İsveç və Norveçdə verilir. Elm sahələri üzrə bu mükafatı alanların çoxu yəhudilərdir. Maraqlıdır ki, İsraildə yaşayan az sayda yəhudilər - 4-5 alim mükafata layiq görülüb. Qalanları əsasən ABŞ və İngiltərədə yaşayan yəhudilərdir. Elm sahəsi üzrə iki müsəlman alim bu nəhəng mükafata layiq görülüb. Birmənalı olaraq söyləmək olar ki, burada heç bir haqsızlığa və saxtakarlığa yol verilə bilməz. Çünki elm sahəsindəki kəşflər dünyanın nüfuzlu tədqiqat mərkəzlərində təhlil olunur. İl ərzində ən mühüm kəşflərə görə mükafat verilir. Ədəbiyyat və Sülh sahəsində müəyyən yanlışlıqlar ola bilər. Məsələn, mükafatın Qorbaçov, Kofi Annan və Trinidad yazıçısı Naypola verilməsi narazılıqla qarşılanıb. Amma elm sahəsində bu, mümkün deyil. Yeri gəlmişkən, qeyd edim ki, Əhməd Zevayl və Əbdüs Salam da öz ölkələrində yaşayıb tədqiqat aparmayıblar. Görünür ki, mühitin və elmi məktəblərin rolu böyük önəm kəsb edir”.

Ekspert namizədliyini irəli sürən müsəlman alimlərin çoxluğuna baxmayaraq, mükafatı qazananların az olmasına da aydınlıq gətirdi: “Bütün sahələr üzrə 10 illərlə kiminsə namizədliyi ola bilər. Ancaq Nobel Komitəsi çox nüfuzlu ekspert rəylərindən sonra qərar verir. Adonis adlı məşhur ərəb şairi var. Neçə illərdir ki, onun namizədliyi verilir. Ancaq onunla birgə Amos Os adlı İsrail yazıçısının da adı çəkilir. Lakin hələlik onların heç biri mükafatı ala bilməyib. Azərbaycan yazıçıları içərisində Kamal Abdullanın da Nobelə namizədliyi olub. Bəri başdan söyləmək olmaz ki, Kamal müəllim Nobel ala bilməz. Onun bu mükafatı alması mümkündür. Sadəcə, güclü iş aparılmalıdır. Fizika, kimya, fiziologiya və tibb sahəsində aparılan elmi-tədqiqatlardan müsəlman dünyası çox uzaqdadır. Məsələn, götürək qismən inkişaf etmiş qardaş Türkiyəni. Cəmi bir yazıçı Nobelə layiq görülüb. Mükafatın verilmə prosesində heç bir qərəzə yol verilə bilməz. Əks təqdirdə, Nobel mükafatları tez bir zamanda nüfuzdan düşə bilər. İndi təsəvvür edin, mükafatı verən İsveçdən bütün sahələr üzrə 33 nəfər, Norveçdən isə 9 nəfər Nobel mükafatına layiq görülənlər var. Bu göstərici ABŞ üçün 356 nəfərdir. İqtisadiyyat üzrə Nobel mükafatçılarının 95 faizi ABŞ alimləridir. Buna səbəb orada bu sahə üzrə məktəblərin güclü inkişaf etməsidir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar