Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlman ölkələrində terrorun yayılma səbəbləri



Dünyanın ən sülhsevər dininin ardıclıları arasında terrorçuluğun yaranmasına gətirən faktorlar barədə


Paris terrorundan sonra müsəlmanların heysiyyətinə toxunan karikaturaların yenidən dərc olunması Avropada islamafobiyanın güclənməsi ilə müşahidə olunur. Fransada terrordan sonra müsəlmanlara yönəlik hücumların artması, eləcə də islam dininin zorakılığa və terrora münasibəti müzakirə edilir. 

Heç bir ilahi din insanları terror, qətl kimi mühakiməsiz edamlara sövq edə bilməz. Dinlərin əsas hədəfi insanların mənəvi kamilliyə yetişməsi, ilahi ədalətə inam və beləliklə etdiyi hər bir əmələ görə cavab verəcəyi fikrini aşılayır. Belə olan halda dinin inşaları kütləvi şəkildə, mühakiməsiz qətlə yetirməsi, dəhşət və qorxu yayması nə qədər mümkündür?  

Yeri gəlmişkən, bu günlərdə qəzetimizə müsahibəsində hazırda Fransada yaşayan jurnalist Elnur Məcidli maraqlı məlumatlar açıqlamışdı. E.Məcidli qeyd etmişdi ki, “Avropol”un terrorla bağlı son hesabatlarından birində Avropada həyata keçirilən və yaxud keçirilmək istənən terror aktlarının sadəcə 0,4 faizi islamçı ekstremistlər tərəfindən edildiyi bildirilir, 99,6 faizi isə başqa qruplarla bağlıdır və 84,8 faizlə ayrılıqçı, separatist qruplar üstünlük təşkil edir.

Həmçinin ABŞ-da FBİ-ın 1980-2005 illərini əhatə edən hesabatında terror hücumlarının sadəcə 6 faizinin islamçı radikallar tərəfindən həyata keçirildiyi qeyd olunub, 42 faizi latinos (Kolumbiya, Meksika və s. mənşəli), 24 faizi radikal son qruplar, 7 faizi radikal yəhudilər, 5 faizi kommunistlər və 16 faizi başqa qruplar tərəfindən həyata keçirilib.



Göründüyü kimi, rəqəmlərdən çıxış etsək, islamı deyil, xristianlığı və ya dünya üzrə sayları müsəlmanların ümumi sayının bir faizini təşkil edən yəhudiliyi “terror dini” adlandırmaq olar. Ancaq təbii ki, bu günə qədər heç kim terroru dinlərə bağlamayıb - hətta hədəfləri və şüarları dini olsa belə. 

Əlbəttə, “terrorçu” sözü heç də hər zaman konkret ünvanlarına görə işlədilməyib. Məsələn, İkinci Dünya müharibəsi zamanı arxa cəbhədə yolları, körpüləri partladan, mülki binalara, dinc insanlara hücum edən partizanlar sovetlər üçün qəhrəman, nasistlər üçünsə terrorçu idi. Və ya 1980-89-cu illərdə Əfqanıstan savaşı zamanı sovetlərə qarşı vuruşan əfqanlar sovetlər üçün terrorçu, əfqanlar üçünsə mücahid və qəhrəman idi. Fələstində İsrail ordusuna daşla, əldəqayırma silahlarla hücum edən, partlayış törədən ərəblər İsrail və müttəfiqləri üçün terrorçu, müsəlman və ərəblər üçünsə qəhrəmandır. 



Bütün konspiroloji nəzəriyyələri kənara qoysaq, Parisdəki terroru radikal islamçı qruplaşma törədib. Yaxud ən azından məsuliyyəti öhdəsinə götürüb. Ancaq tarixə baxıb bu radikal qrupların meydana çıxması səbəbini də görə bilərik. İlk dəfə Misirdə, ardınca İsrail işğalına məruz qalan, daha sonra Əfqanıstanda və Pakistanda, ardınca ABŞ-ın işğal etdiyi İraqda, indi isə bütövlükdə Yaxın Şərqdə bu cür radikal İslam şüarı ilə çıxış edən terror təşkilatları peyda olub. 

Radikal islamçı təşkilatlar məhz avtoritar, zorakı rejimlərin mövcud olduğu və yaxud işğal altında olan müsəlman ölkələrində yaranıb. Bunu son 100 ildə regionun tarixinə göz gəzdirməklə bilmək olar. Daim əzilən, işğala məruz qalan müsəlman xalqların gücsüzlüyü fonunda bu cür radikalizm elementləri, radikal çağırışlar, klassik İslam dövləti modelində ilahi ədaləti bərpa etmək çağırışları özünə tərəfdar toplaya bilib. Düşünürük ki, bu, hər bir dinlərin yaşadığı bir prosesdir. Bundan çıxış üçün ilk növbədə onu yaradan səbəbləri aradan qaldırmaq lazımdır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar