Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlmanlara “halal” turizm təklif olunur


“R&R Travel Company” yeni xidmət - "halal turizm, halal səyahət" təklif edir


Virtualaz.org saytı xəbər verir ki, adıçəkilən şirkət sosial şəbəkələrdə “Halal turizm! Müsəlman qardaş və bacılarımız üçün! İslam ənənələrinə uyğun otellərdə istirahət etməyə tələsin” məzmunlu reklam və elanlar yerləşdirilib.

Reklam mətnində daha sonra qeyd olunur: “Hər anın qədrini bilib ömürdən imkan həddində səmərəli istifadə edin! Qurani-Kərim səfərdə öyrənmək məsələsinə xüsusi əhəmiyyət verir və bir çox yerlərdə insanları səfərə çıxmağa həvəsləndirir.

 “(Ya Peyğəmbər!) De: - “Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir”.

Amma şirkətin “halal reklamı” gözlənildiyindən daha artıq maraq doğurub. Reklamları paylaşan istifadəçilər təklif olunan tur-paketi gülüş və tənqid obyektinə çevirib, şirkətə “Orada halal diskoteka da olacaqmı”, “Halal pulla nə qədər edəcək”, “Dənizin suyu halaldırmı” kimi suallar ünvanlayıblar.

Turizm şirkətindən isə bildiriblər ki, halal turlarda otellərdə şəriət qaydaları əsasında istirahət təşkil edilir: “Spirtli içki, donuz əti və s. yoxdur. Namaz otaqları, kişilər və qadınlar üçün eyni xidmətlər ayrı-ayrılıqda təklif olunur. Bütün şəriət qanunları nəzərə alınıb. Hovuzlar və çimərliklər ayrıdır. Dincələn vaxt hec kim bir-birini gormur. Qadınlar ayrı, kişilər ayrı istirahət edir”.

Şirkətin təklifinə görə, şəriət qanunları çərçivəsində dincələnlər Türkiyə, Bəhreyn və Misirə gedə bilərlər. Lakin turların qiyməti açıqlanmır.

“R&R Travel Company” şirkətindən virtualaz.org saytına deyiblər ki, turlar barədə yalnız onların paketi ilə istirahətə və səyahətə getmək istəyən və sifariş verən müştərilərə məlumat verilir, mətbuata hər hansı informasiya vermirlər.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar