Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda iki gün bayram ovqatı

Bir həftəyə yaxındır ki, ölkəmizdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir


Beynəlxalq mədəni aləmdə kifayət qədər sanbala və nüfuza malik olan bu mötəbər tədbirdə Azərbaycan Dövlət Musiqili Teatrı da iştirak edib. 

Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrının ifasında festivalda dahi Üzeyir Hacıbəylinin əbədiyaşar “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olunub. Teatrın kollektivi iki gün ard-arda tədbir iştirakçıları və tamaşaçılar qarşısında çıxış edib. Musiqili Teatrın Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalındakı budəfəki çıxışı xüsusi özəlliyi ilə fərqlənib. Belə ki, nümayiş olunan tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edib. Bərdia Kiyarəs məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakla bağlı Bakıya dəvət olunub. 

Tamaşaları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları, festival iştirakçıları və digər mötəbər qonaqlarla yanaşı, Musiqili Teatrın daimi və sevimli tamaşaçıları izləyiblər. 

Anşlaqa səbəb olan hər iki səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq, sevgi və alqışlarla qarşılanıb. Səhnə hər iki gün tamaşaçıların böyük sevgisinin rəmzi olan gül-çiçək dəstələrinə bələnib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar