Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda may ayında maraqlı tamaşalar olacaq

Azərbaycan Dövlət Musiqili Teatrı may ayı üçün repertuar planını açıqlayıb


Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu PİA.AZ-a bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. 

Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və başqa tamaşaları izləyə biləcəklər. 

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları - Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Səmayə Musayeva, Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Boris Qrafkin, Emma Məlikova, Əzizağa Əzizov, Svetlana Bulax, Şövqi Hüseynov, Nərgiz Kərimova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Emil Heydərov, Ülviyyə Əliyeva, Elçin İmanov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Nicat Həbibov, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Zarina Qurbanova, Fərid Rzayev, Rauf Babayev, Gülnarə Əzizova, Nigar Qarayeva, Firuz Məmmədov, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov, Aydan Həsənova və başqalarının ifalarını izləyə biləcəklər.

14-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Musiqili Teatrı və ABŞ-da fəaliyyət göstərən “Company-E” şirkətinin ortaq musiqi layihəsi kimi “Brodvey ” konsert-proqramı təqdim olunacaq. 

Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək istəyən hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. 

Premyeralar haqqında əlavə məlumat veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar