Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrın baş baletmeysteri 60 yaşını qeyd edir

Azərbaycan Dövlət Musiqili Teatrının baş baletmeysteri Zakir Ağayev doğum gününü qeyd edir


Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu gün Zakir Ağayevin 60 yaşı tamam olur.

 Bu münasibətlə Musiqili Teatrın konfrans zalında yubiley tədbiri keçirilib. Təbdbirdə çıxış edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Zakir Ağayevin həyat və yaradıcılığından bəhs edib. Ə. Lalayev yubliyarın Musiqili Teatrdakı dəyərli fəaliyyəti ilə yanaşı, ümumilikdə Azərbaycan xoreoqrafiya sənətinə verdiyi töhfələrdən söz açıb.

 Dövlət Musiqili Teatrının baş drijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova və başqaları çıxışlarında Zakir Ağayevin fəaliyyəti, yradıcılığı, quruluş verdiyi saysız-hesabsız tamaşalar haqqında danışıblar. Tədbirin sonunda Zakir Ağayevin 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən mükafatlandırılması elan olunub və mükafat yubliyara təqdim edilib.

Qeyd edək ki, Zаkir İsmаyıl оğlu Аğаyеv1956-cı ildə Bаkıdа аnаdаn оlub. 1973-cü ildə Аzərbаycаn Dövlət Mаhnı və Rəqs аnsаmblındа rəqqаs kimi fəаliyyətə bаşlаyıb. 1994-cü ildə Rusiyа Dövlət Tеаtr Sənəti Аkаdеmiyаsının Xоrеоqrаfiyа sənəti kаfеdrаsının bаlеtmеystеr fаkültəsini bitirib. 1990-cı ildən 2000-ci ilədək Bаkı Xоrеоqrаfiyа Məktəbində “Dünyа xаlq rəqsləri” və “Аzərbаycаn rəqsləri” fənnlərindən dərs dеyib. 1985-ci ildə Mоskvаdа kеçirilən XII Ümumdünyа Tələbə və Gənclər Fеstivаlının diplоmаntı оlub. Zаkir Аğаyеv işgüzаr, təşəbbüskаr müəllim, istеdаdlı rəqqаs kimi milli rəqslərimizin təbliğində səmərəli xidmətlər göstərib. Zakir Аğаyеv həm də xоrеоqrаfiyа üzrə nəzəri və prаktiki еlmi-tədqiqаt işlərinin müəllifidir. 1997-ci ildən Аzərbаyyаn Dövlət Musiqili Teatrındа bаş bаlеtmеystеr işləyən Z. Аğаyеv tеаtrın cаri rеpеrtuаrındа оlаn bütün tаmаşаlаrın rəqslərinin quruluşçusudur. Azərbaycanın fəxri mədəniyyət işçisidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar