Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mütəllibov, Türkmənbaşı və Ukrayna faciəsi...


Postsovet məkanının qəribəlikləri, yaxud Yeltsin telefona cavab verməyəndə Mütəllibov niyə Bakıdan qaçdı...


Kremlin imperiya ambisiyalarının yenidən aşıb-daşdığı, SSRİ-ni başqa ad altında da olsa bərpa etmək planlarının işə düşdüyü, Rusiyanın Krımın ardınca Ukraynanın cənub-şərq regionlarını qoparmaq üçün hərəkətə keçdiyi bir vaxtda postsovet respublikalarının hamısı 23 il əvvəl qazandıqları müstəqilliyi itirə biləcəklərindən qorxurlar.

Virtualaz.org saytıxəbər verir ki, Rusiyanın “Svobodnaya pressa” nəşri Ukraynanın şərqində hökm sürən hakimiyyətsizlik və keçmiş sovet respublikalarının həmişə Moskva qorxusu altında yaşadığı barədə maraqlı qeydləri dərc edib. Həmin qeydləri təqdim edirik:



“Dostlar, dünən bizim Lenin prospekti ilə gəzintimiz o qədər də uğurlu alınmadı. Lakin heç kim bizə azad şəkildə toplaşmaq və mitinq keçirmək hüququnu qadağan edə bilməz. Bu gün gecə saat 00:00-da mən meydanda olacağam. Sizinlə görüşməkdən şad olardım” - bu sözlər facebookda yazılıb.

Düz gecə yarısı həmin qeydi yazanın facebook səhifəsində boş meydanın şəkli yerləşdirilir. Yəni baxın, biz qorxmuruq, bura bizim şəhərdir, bizim ölkədir...

Jurnalist Oleq Kaşin yazır ki, Rusiyada bu cür statusları müxalifətçilər yazırdı. Hətta indi yazmırlar, əvvəllər yazırdılar. Ancaq sözügedən sitat hansısa müxalifətçinin deyil, Donetsk qubernatoru Tarutanın köməkçisinindir.

Donetsk administrasiyasını Rusiyaya birləşmək tələbi qaldıran separatçılar tutduğu üçün Taruta oteldə oturur və pəncərədən qışqırıb “biz hakimiyyətik” deyir. Əslində isə bu epizod Ukraynanın cənub-şərqində hökm sürən hakimiyyətsizliyi göstərir.

Oleq Kaşin yazır: “Mənin Saparmurad Niyazov haqdakı tarixi lətifə həmişə xoşuma gəlib. Niyazov məşhur adamdır, onun qızıl heykəllərlə bəzənmiş ekstravaqant diktaturasını, ayların, günlərin adını dəyişdirməsini, “Ruhnamə” kitabını hamı xatırlayır.

Türkmənbaşının epoxası 1992-ci ilin ikinci yarısından başlamışdı. Yəni Sovet İttifaqının dağılmasından təxminən bir il sonra.

Lətifə bundan ibarətdir ki, SSRİ-nin dağılmasından sonrakı bir il ərzində Niyazov Türkmənistana SSRİ vaxtında necə rəhbərlik edirdisə, elə də rəhbərlik etməkdə davam edirdi. Türkmənlər ehtiyatlı adamlardır. Niyazov Moskvada baş verənləri izləyir və heç bir kəskin hərəkətlər eləmirdi. Aşqabadda oturub gözləyirdi ki, günü sabah Moskvadan zəng gələcək, deyəcəklər ki, zarafat edirdilər və sabah Sov.İKP MK-nın növbəti plenumuna gəlmək lazımdır.

Yalnəz bir il keçəndən sonra Niyazov başa düşdü ki, Moskvadan heç kim zəng etmir. Bax, yalnız bundan sonra özünü bütün türkmənlərin atası elan edərək özünə qızıl heykəllər qoydurmağa başladı”.

Daha sonra jurnalist Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla bağlı epizodu xatırlayır. O.Kaşin yazır: “Beş il bundan qabaq mən müstəqil Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun yaşadığı Lyubertsada (indi o, Bakıya qayıdıb) onunla görüşürdüm. Və o, mənə istefaya necə getdiyini danışırdı.

Mütəllibovu 1992-ci ilin yazında Azərbaycan ordusunun Dağlıq Qarabağda növbəti uğursuzluğundan sonra devirmişdilər. Kütlə Prezident Aparatının qarşısna toplaşıb onun istefasını tələb edirdi. O vaxt Azərbaycan artıq il yarım idi ki, müstəqil respublika idi, bir çox ölkələrdə səfirliklər açmışdı, BMT-yə qəbul olunmuşdu.

Mütəllibov isə deyirdi ki,  həmin vəziyyətdə təcili Moskvaya zəng vurdu, ancaq Yeltsinin qəbul otağında heç kim telefona cavab vermədi və nəticədə o, Bakıdan qaçmalı oldu. Dayanın,- mən ondan soruşuram,-Yeltsinlə sizin istefanız arasında nə əlaqə var?

“Axı necə yəni hansı əlaqə var?” - o, hətta inciyərək cavab verdi. Bax belə.

Bu iki nöqtə arasında düz xətt çəkmək olar. Əgər Mütəllibovu Niyazovla düz xətlə birləşdirsək, bu xətt Ukraynadan keçəcək, belə görünəcək ki, keçmiş sovet məkanının bütün siyasi xəritəsi necə vardısa, eləcə də qalıb. Təkcə ona görə ki, Rusiya Federasiyasının xoş məramı belədir.

İndi Rusiyanı Qərbdə “regional nəhəng” adlandırırlar. Ancaq nə “regional nəhəng”? Regional nəhəng heç qonşu ölkənin ərazisini qoparıb özünə birləşdirə bilərdi?”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar