Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalif düşüncənin xilasına son cəhd



Müxalifətin başı bir-biri ilə savaşa qarışdığı bir zamanda hakimiyyət gurultulu həbs həyata keçirtdi


Bu gözlənilən idi. Protest elektoratının hədəfdən yayındırılmasının pərdəarxasında məhz bu amilin dura biləcəyini ayıq müşahidəçi ehtimal edirdi.

Daraldılmış, sıradan çıxarılmış mətbuatlar fonunda yalnız iki qəzetin - “Yeni Müsavat” və “Azadlığ”ın varlığı iqtidarı narahat etməyə bilməzdi. Proseslərə fərqli mövqe sərgiləyən adıçəkilən qəzetlər müxalifətçilərin həbsi, sosial problemlərlə bağlı məsələləri eyni qaydada işıqlandırırdılar.

Bəs nədir bu qarşılıqlı inamsızlığın səbəbi?  Məsələ ondadır ki, bu gün Azərbaycan ictimai həyatında müşahidə edilən maksimalizm və radikallıqdan mötədilliyə  keçid müəyyən qarşıdurmalar yaradır. Lakin bu amil qarşılıqlı savaşa səbəb olmamalı idi. 
Mötədil kursa üstünlük verən “Zerkalo” qəzetinin fəaliyyətini dayandırmasından ən böyük zərbəni elə müxalifət və protest elektoratı aldı. Bu gün “Yeni Müsavat” və yaxud “Bizim yol” da eyni aqibətlə üzləşərsə, bu müxalifətin maraqlarına cavab verəcəkmi? Ritorik sualdır.

Xədicə İsmayılın həbsi, AXCP üzvlərinin təqibi barədə bütün məlumatları yayan “Yeni Müsavat” bu gün protest elektoratı üçün gərəkli mətbu orqandır.

Unutmaq olmaz ki, ölkənin iki aparıcı qəzeti müxalifət barədə məlumatlar dərc etməsə,  bu düşərgə ümumiyyətlə yaddaşlardan silinə bilər. Bu gün prosesi məhz bu iki qəzet yönləndirir, siyasətçilər isə mətbuatın təqdim etdiyi gündəmdən asılı vəziyyətdədirlər. Protest elektoratını yaşadan, onlara ümid verən də “Yeni Müsavat” və “Azadlıq” qəzetləridir. Hakimiyyətin və müxalifətin, cəmiyyətin ən müxtəlif təbəqələrinin hücumlarına məruz qalan bu iki qəzet bu gün ölkədə ardıcıl və sistemli şəkildə mübarizə aparır. Bütün qınaqlara və təhdidlərə baxmayaraq, protest elektoratının yaşaması üçün mümkün olan hər şeyi edir. Get-gedə daralan dairədə bu iki qəzet müxalifət üçün oksigen balışı rolunu oynayır. Hər iki qəzetin müxalifəti unutdurmaq prosesinə qoşulmaq imkanları olduğu halda, bunu etməmələri fədakarlıq nümunəsidir. 

Müxalifətin addımlarının təbliğ və ya tənqid olunması bu düşərgənin varlığını tənzimləyən, ictimai rəydə onları qoruyan amillərdir. Bir anlıq bu iki qəzetin də tam sıradan çıxdığını təsəvvür etsək, iqtidar opponentlərinin hansı acınacaqlı duruma düşə biləcəyini ehtimal edə bilərik.

Sosial şəbəkələrin eyni fikirdə olan bir qrup insanın fikirlərini yayması ictimai rəyə təsir edə bilmir. Heç bir halda facebook “Yeni Müsavat” və yaxud “Azadlıq” qəzetlərinin ictimai rəyə təsirini təkrarlaya, ya da əvəz edə  bilməz. 

Müxalifətin təqibi hələ də yekunlaşmayıb. Yeni, daha qalmaqallı həbslər dalğası ola bilər. Belə bir zamanda müxalifətin son iki qəzetinin daxili savaşa “yox” deməsi və hədəf kimi yalnız siyasi həbsləri həyata keçirən hakimiyyəti seçməsi daha məqbul deyilmi?
Müxalifət siyasi məhbuslara azadlıq tələbi ilə planlaşdırdığı aksiyaları da ayrı - ayrılıqda həyata keçirir. Bu məntiqə ziddir. Bu gün hamı - radikallar, mötədillər, inanclı kəsim, hüququ pozulan hər kəs, siyasi həbslərdən hiddətlənən hər bir vətəndaş birlikdə aksiya keçirtməlidir. 

Hamı eyni taleyi yaşayır. Hakimiyyətin protest elektoratını parçalamaq, kimləri isə radikal, kimləri isə konstruktiv  təqdim etmək cəhdlərinin əsl məqamı açılmalıdır. Hədəfdə müxalif fikrin özüdür.  Bunu anlamaq çoxmu çətindir? Bu mənasız savaşı durdurmağa hələlik yalnız bir nəfər - İlqar İbrahimoğlu cəhd edib. Digərləri isə ya tərəf tutur, ya da susur...

“Yeni Müsavat”dan: Yazıdakı fikirlər istisnasız olaraq müəllifə məxsusdur və redaksiyanın mövqeyini əks etdirmir. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar