Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət bələdiyyə seçkilərində niyə iştirak etmir?


Bələdiyyə seçkilərinə artıq 21 min nəfərin namizədliyi qeydə alınıb, amma...


Bələdiyyə seçkilərinə artıq 21 min nəfərin namizədliyi qeydə alınıb. Bunu modern.az-a Mərkəzi Seçki Komissiyasının Media və İctimai Əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib: “Bələdiyyə seçkilərində iştirak etmək üçün vətəndaşlara bildiriş vərəqələrinin paylanılması dekabrın 16-na qədər yekunlaşacaq”.

Şahin Əsədlinin sözlərinə görə, indiyədək 21 764 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. 1 724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi artıq qeydə alınıb.
Azərbaycanda 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyə üzrə 15 035 üzv seçiləcək. Namizədlərin irəli sürülməsi noyabrın 22-də başa çatacaq. Səsvermə dekabrın 23-də keçiriləcək.

Bəs görəsən, qeydiyyata alınan namizədlər arasında ölkədəki müxalif siyasi partiyaların da üzvləri varmı? Onlar qeydə alınma prosesində hansısa çətinliklərlə üzləşirlərmi?

“Yeni Müsavat”ın suallarını cavablandıran AXP sədri Pənah Hüseyn bildirdi ki, ölkədə seçkilərlə bağlı ümumi vəziyyət və o cümlədən bələdiyyə seçkilərinə münasibət elədir ki, bu seçkilərdə iştirak faktiki olaraq mənasız hesab olunur və protest olunur: “Bəzi müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirak üçün üzvlərinə sərbəstlik verməsi haqqında qərarları əslində passiv boykot anlamına gəlir. Açığı, təkliflər var idi ki, ümumiyyətlə siyasi partiyalar yığışıb bələdiyyə seçkilərini boykot etmək haqqında siyasi qərar versinlər. Doğrusu, yerlərdə bələdiyyə seçkisinə getmək istəyən də demək olar ki, yoxdur.  Sonra daha mötədil mövqe üstünlük qazandı. Lakin bu il müxalifət partiyalarına mənsubluğunu göstərən, hətta iqtidarın loyal yanaşdığı qüvvə kimi qəbul edilən partiya üzvlərinin də ətrafında nə isə qəribə, bir qədər də komik  situasiya yaranıb. 

Bayaq da qeyd etdim boykot məsələsini, həmin mövqenin  tərəfdarlarının əsas arqumenti o idi ki, müxalifət adından namizədlərin seçkilərdə iştirakı iqtidara imkan verəcək ki, bunu ölkədə demokratiyanın, çoxpartiyalılığın mövcudluğu və işləməsi kimi qələmə versinlər. Bir növ bu seçkiləri legitimləşdirib, onun saxta imitasiya xarakterini ört-basdır etsinlər. İndi isə məlum olur ki, bu narahatlığın heç bir əsası yoxdur. Hakimiyyət ölkədə ümumiyyətlə müxalif siyasi partiyaların, müxalifətçilərin olmadığını bəyan etməyə hazırlaşır. Ona görə də öz təşəbbüsü ilə ərizə yazıb seçkiyə girmək istəyən və bu zaman partiya mənsubiyyətini də göstərən şəxsləri müxtəlif yollarla nəinki qeydə almaq, heç onlara imza vərəqələri belə verməmək üçün min cür hoqqabazlığa əl atırlar. 

Şantaj edirlər, qohum-əqrəbanı, molla-seyidləri minnətə göndərirlər, hədələyirlər, xahiş edirlər və sair ki, heç hansısa partiya üzvünün mövcudluğu bilinməsin. Qeyri-rəsmi şəkildə deyirlər ki, yerlərdə icra hakimiyyətləri hesabat veriblər ki, onların ərazisində xoşagəlməyən partiyalardan bir müxalifətçi üzvü də artıq çoxdan yoxdur. İndi kimsə imza vərəqi almaq üçün müraciət edirsə, bu hesabatın dürüstlüyünə xələl gələ bilər. Bəziləri də ”yuxarıya" işarə edirlər. Yəni belə məlum olur ki, vəziyyəti ört-basdır etmək, demokratiya görüntüsü yaratmaq, situasiyanı pərdələmək heç iqtidarı narahat edən məsələ deyilmiş.

 Bizdən bəzilərinin narahatlığına da ehtiyac yox imiş. İndi biz aydınlaşdırırıq ki, bu, yerli məmurların təşəbbüsüdür, yoxsa Prezident Administrasiyasının “ustanovkası”dır. Sabah Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların bu barədə bəyanatı da gözlənilir. Əgər belə məsələ barədə mərkəzdən tapşırıq verildiyi barədə deyilənlər doğrudursa, bu, siyasi partiyalara qarşı ən yaxın dövrdə təzyiqlərin anonsu kimi də dəyərləndirilə bilər. Bəlkə də xeyir bundadır, illüziyalardan əl çəkib,  real vəziyyətə  uyğun real mübarizə, siyasi fəaliyyət metod və formalarına keçməyin vaxtı çatıb". (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar