Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət elektroşokdan qorxmur?



Xəbər verdiyimiz kimi, Azərbaycanda polis əməkdaşlarına elektroşok qurğusundan istifadə etməyə icazə verilib


 Bu məsələnin gündəmə çıxması ilə mediada elektroşok olayının müxalifətə hesablanması ilə bağlı fikir yarandı. 

Belə ki, ictimaiyyət polisin gələcəkdə bu alətlərdən müxalifətin etiraz aksiyalarında, piketlərində ciddi silah kimi istifadə edəcəyi ilə bağlı təxminlər yürüdür. 

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, dünyada hüquq və azadlıqların təmin olunması üçün mütərəqqi addımlar atılır. Müsahibimiz buna misal kimi hətta Avropa türmələrində məhbusların saxlanma şərtlərinin yaxşılaşdırılması üçün atılan addımları yada saldı: “Qanuna elektroşokun salınması hakimiyyətin avtoritarizmini sürətləndirir. Bu ona hesablanıb ki, aktiv vətəndaşların, siyasi partiyaların aksiyalardakı iştirakı məhdudlaşsın. Hesab etmirəm ki,  qanunların sərtləşdirilməsi müxalifətin fəallığına təsir edəcək. Polis vətəndaşlar, seçki orqanları üçün çalışmalı, ölkədə demokratiyanın təminatı üçün lazımi addım atmalıdır. Amma indiki hakimiyyətdə olanlar qanunu özləri üçün tətbiq edirlər”.

S.Əsədli bildirdi ki, bu, geriləmə, avtoritarizmə doğru bir addımdır. Müsahibimiz dünyanın inkişaf etdiyi bir dönəmdə Azərbaycanın bir addım geriləməsini təəssüflə qarşıladı: “Bütün hallarda müxalifət öz fəaliyyətini və mübarizəsini davam etdirəcək. Qanunların sərtləşdirilməsi heç nəyi dəyişmir. Konstitusiya və onun maddələri var. İnsan azadlıq və hüquqlarını pozmaq olmaz. Qanun vətəndaşın xeyrinə olmalıdı”. 

Müsavat Partiyasının gənc fəalı Cavid Hacıbəyli isə bildirdi ki, elektroşokdan repressiya aparatı kimi istifadə olunacaq: “Mitinqlərdə, kütləvi aksiyalarda ehtiyac oldu-olmadı bundan istifadə oluna bilər və nəzərə alsaq ki, Azərbaycan polislərinə nəzarət azdır, onların atdıqları addımlar cəzasız qalır, odur ki, polislər də bundan özlərini yormadan istifadə edəcəklər. Necə ki, 2 aprel 2011-ci il mitinqində gözyaşardıcı qazan istifadə etmişdilər. Hansı ki, o da xüsusi təlimatlarla icra olunmalıdır. Bunların hamısı insanları kütləvi aksiyalara qatılmaqdan qorxutmaq üçündür, onları çəkindirmək üçündür. Hakimiyyətin fikirləşdiyi, qəbul etdiyi bu tip yeni qərarlar və humanizm prinsiplərinin əleyhinə olan addımlardır. 

Təbii ki, yaxşı qiymətləndirmirik, bu metodların tətbiqindənsə cəmiyyətlə, müxalifətlə dialoq aparmalıdırlar, mitinqlərə geniş meydanlarda yerlər verilməlidir, bu daha yaxşı nəticələr verə bilər nəyin ki, elektroşok cihazının tətbiqi. Elektroşok cihazı söhbəti bizi qorxutmur, çünki, biz qanuni formada aksiyalar edirik, iştirak edirik. Azərbaycan hakimiyyətinə təklif edərdim ki, Qarabağı işğaldan azad etmək üçün düşmənə qarşı yeni-yeni silahlar alsınlar, istifadə etsinlər öz vətəndaşlarına qarşı yox”.

Müsavat Partiyası başqanının keçmiş müşaviri Səxavət Əlisoy da xatırlatdı ki, sivil dövlətlərdə cinayətkarlığa qarşı mübarizədə bu silahdan istifadə edilir. Onun sözlərinə görə, bəzi ölkələrdə mülki şəxslərin belə bu silahı gəzdirməsinə icazə verilir: “Bu vasitədən etiraz aksiyalarında istifadə olunur. Azərbaycan polisinin müxalifətin gözünü qorxutmaq üçün elektroşokdan istifadə edib-etməyəcəyini yaxınlarda inşallah, görəcəyik. Bir də ki, zatən qorxu içində yaşayana bu vasitənin tətbiqi yerinə düşmür. Onu tətbiq etsələr, güman ki, bəzilərinin bağrı çatlayacaq”. 

Müsahibimiz hökumətin bu addımına qarşı müxalifətin hər hansı etiraz addımı ola bilərmi sualını da cavablandırdı. Dedi ki, etiraz aksiyası yox, amma bir dəyirmi masanın keçirilməsi, müvafiq qurumlardan arayış tələb etmək daha faydalı olar: “ATƏT-Bakı Bürosu açıqlama verməlidir. Bütün bunlar səmərə verməsə aksiya da pis olmaz. Aksiya pərəstişkarlarına tətbiq olunduğu halda tibbi fəsadları açıq ortaya çıxacaq”. (“Yeni Müsavat”)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ən çox oxunanalar