Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifətdən Ramiz Mehdiyevin məqaləsinə reaksiya



Gülağa Aslanlı: “Belə təəssürat yaratmağa çalışırlar ki, ölkədə baş verən hər şey nəzarətdədir”; İqbal Ağazadə: “Əgər hökumətin siyasəti Qərbin əleyhinədirsə, niyə Azərbaycan iqtisadiyyatının 95%-i Qərblə bağlıdır?”


Sərdar Cəlaloğlu: “Aşkar siyasi qüvvələrin zəiflədilməsi faktiki olaraq gizli qüvvələrin inkişafına səbəb olur”

Dekabrın 3-də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi mətbuatda yayıldı və geniş ictimai müzakirələrə səbəb oldu. Bu məqalə siyasi ekspertlər tərəfindən həm də Azərbaycanın gələcək siyasi kursunun bəyan edilməsi kimi  dəyərləndirildi. Bəs, görəsən müxalif düşərgənin yetkililəri Ramiz Mehdiyevin sözügedən məqaləsini oxuyublarmı və məqalədə qeyd edilən fikirlərə münasibətləri necədir? 



Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bizimlə söhbətdə yazının məzmunundan xəbərdar olduğunu söylədi və bunu hesabat xarakterli məqalə kimi qiymətləndirir: “Məqalədə hakimiyyət daxilində baş verənlərdən onun narahatçılığı hiss olunur. Kifayət qədər narahatçılıq var və bu  da son  zamanlar Avropa Birliyi ölkələrinin, o cümlədən Amerikanın Azərbaycanda insan haqlarının pozulması ilə bağlı ortaya qoyduğu məsələlərdən qaynaqlanır. Eyni zamanda belə bir təəssürat yaratmağa çalışırlar ki, ölkədə baş verən hər şeyi nəzarətdə saxlayırlar”. 



Ümid Partiyasının sədri İqbal Ağazadə məqaləni ictimai rəyə hesablanmış bir addım kimi qiymətləndirdi: “Bu, daxili auditoriyaya hesablanıb. Yəni Azərbaycanın xarici siyasətini müəyyənləşdirmir. Mediada, sosial şəbəkələrdə çoxları deyir ki, Azərbaycan hökumətinin siyasətini Ramiz  Mehdiyev bu məqaləsi ilə elan etdi. Mən isə sual verirəm ki, hökumətin siyasi kursu nə ilə ölçülür - iqtisadi, siyasi və hərbi müttəfiqliyin nəticələri ilə. Hazırda Azərbaycanın iqtisadi, siyasi və hərbi müttəfiqliyinin kiminlə hansı səviyyədə olduğuna nəzər yetirsək, deyə bilərik ki, bu, Azərbaycan hökumətinin mövqelərini möhkəmləndirməyə xidmət edən və Qərb institutları ilə dövlət başçısı səviyyəsində danışıq aparmaq üçün yer qoyan bir yazıdır. Əgər yazıda həqiqətən belə bir məntiq varsa ki, biz Amerikanın və Qərbin əleyhinəyik, üzümüzü Rusiyaya çevirmişik, o zaman sual yaranır ki, nədən Azərbaycan iqtisadiyyatının 95%-i Qərblə bağlıdır? 

Azərbaycan siyasi bloklaşma və siyasi coğrafiya baxımından Avropanın yanındadır, əgər Rusiyanın yanında olsa idi, ən azından Qazaxıstan və ya Belarus kimi Avrasiya İttifaqında olardı, Vahid Gömrük İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsində olardı. Onda sual olunur ki, hökumətin Rusiyaya istiqamətlənməsinin əsası nədədir? Bu məqalənin yazılma səbəbi əslində Azərbaycan ictimai fikrini və düşüncəsini, o cümlədən müxalifəti başqa bir yerə yönləndirsin, sonda isə hakimiyyət apardığı siyasi kursun Qərb və Avropa yönümlü olduğunu ictimai rəyə sübut etsin və beynəlxalq təşkilatlarla danışıqlarda da ortaya nümunə qoya bilsin.  İkinci məsələ odur ki, əgər Azərbaycanda müxalifət yoxdursa, hakimiyyət düşünməlidir ki, bu artıq avtoritarizmin son mərhələsinə doğru gedir. 

Çünki ən ideal ölkələrdə belə, əhalinin 30 %-i mütləq o iqtidardan narazı düşüncəyə sahib olmalıdır. Ona görə ki, hər cəmiyyətin siyasiləşmiş təbəqəsi var, hakimiyyətin siyasətindən razı qalmayan, öz tələblərini irəli sürən tərəfləri var. Əgər Azərbaycanda bu, 30% yoxdursa, deməli, cəmiyyətin inkişafı, siyasi idarəetmə o səviyyədə deyil ki, burada demokratiya mövcud olsun. Bu gün Azərbaycanda müxalifətin olmamasından fəxrlə danışmaq avtoritarizmin qalib gəlməsi və totalitar bir cəmiyyətin formalaşması istiqamətində  atılan addımlarla səciyyələnir. Yoxsa nədən ölkədə müxalifət olmasın?”



ADP sədri Sərdar Cəlaloğlu da məqalənin məzmunundan xəbərdardır: “Mən açıq deyirəm ki, Ramiz Mehdiyev iqtidarda yeganə adamdır ki, Azərbaycanın müasir dövlətçiliyinin problemlərini ən aydın şəkildə görür, ən aydın şəkildə narahatçılığını ifadə edir. Ancaq bu problemlərin səbəbləri və həll edilməsi yolları ilə bağlı fikirlərində, mənim fikrimcə, yanlışlığa yol verir. Məsələn, son məqaləsində qeyd olunan məsələ QHT-lərin beynəlxalq təşkilatlarla əlaqəsi, ümumiyyətlə, beynəlxalq hüququn ən vacib məsələlərindən  biridir. BMT üzvü olan bir dövlət onun öz ölkəsində olan nümayəndəliyini heç vaxt bağlaya bilməz, digər beynəlxalq təşkilatlar  da o cümlədən. İkinci bir məsələ Azərbaycanda müxalifətin zəif olması ilə bağlı fikridir. Bəşər tarixində müxalifətsiz siyasi hakimiyyət müşahidə olunmayıb. Demokratiyanın üstünlüyü isə ondan ibarətdir ki, onun fəaliyyəti aşkar və qanuni olsun. Bu da cəmiyyətdə iqtidar-müxalifət münaqişələrinin olmaması, ölkədə kataklizmlərin qarşısını almaq məqsədi daşıyır. 

O ölkələrdə ki, müxalifətin aşkar fəaliyyətinə imkan verilmir, o zaman gizli təşkilatlar meydana gəlir. Bu zaman isə gizli təşkilatların hansı üsul və vasitələrdən istifadə edəcəyini heç kim nə təyin edə, nə də onlara nəzarət edə bilər. Azərbaycanda həqiqətən məqalədə deyildiyi kimi, demokratik müxalifət sıxışdırılıb. Ancaq bu, o demək deyil ki, ölkədə müxalifət yoxdur. Ölkədə müxalifət yoxdursa 200-dən artıq azərbaycanlını kim yetişdirib İŞİD-ə qoşub? Təbii ki, bunu iqtidar və ya müxalifət yox, gizli müxalifət yetişdirir. Onlar hakimiyyətdən narazı olan qüvvələri daha asanlıqla öz tərəfinə çəkir və onları ideoloji-siyasi cəhətdən hazırlayır və dövlətə qarşı, beynəlxalq sülhə və təhlükəsizliyə qarşı istifadə edir. Deməli, aşkar siyasi qüvvələrin zəiflədilməsi faktiki olaraq gizli qüvvələrin inkişafına səbəb olur ki, bu da həmin iqtidarların özlərinin əleyhinədir. Bunu biz xarici ölkələrdəki nümunələr əsasında da görürük”. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar