Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifətin antiböhran təklifləri birmənalı qarşılanmır


Neft hasilatının dayandırılması və parlamentin buraxılması mümkündürmü?


Qabil Hüseynli: “Riskli məsələdir...”

Ötən ilin dekabrından ölkəmizdə cərəyan edən iqtisadi böhranla bağlı əksər müxalif qurumlar antiböhran proqramlarını artıq cəmiyyətə təqdim edib. Hazırda bu proses davam edir. Böhran davam etdikcə, digər siyasi qurumların da hökumətə təkliflər paketi təqdim edəcəkləri gözlənilir. 

İndiyədək olan antiböhran proqramlarına nəzər saldıqda bir nüans diqqət çəkir. Siyasi qurumlar böhrandan çıxış yolunu neft hasilatının dayandırılmasında və parlamentin buraxılmasında görürlər. Bu təkliflərin həyata keçirilməsinin ölkəmizin hazırkı durumunda nə qədər çətin olduğu sirr deyil. Əksər ekspertlər də bu təkliflərin həllinin Azərbaycanın indiki vəziyyətində mümkünsüz olduğunu söyləyirlər. Onlar hesab edirlər ki, bunun sonu iqtisadi böhranla yanaşı, siyasi böhranın başlaması ilə nəticələnər. Bu isə xaosun yaranmasına səbəb olar. 

Politoloq Ərəstun Oruclu ötən saylarımızdan birinə verdiyi geniş müsahibədə bu məsələyə toxunaraq, neft hasilatının dayandırılmasının qeyri-mümkün olduğunu bildirib. “Azərbaycanda neft hasilatının dayandırılması qeyri-mümkün bir şeydir. Ən azı, neft nə qədər ucuzlaşsa da, istənilən halda bazarı qoruyub saxlamaq lazımdır. Neft, qaz ölkə üçün çox vacibdir. Bu, elə şeylərdir ki, həmin sərvətlərə malik olmayan ölkələr onu qızılla satın alır. Neft yataqlarının istismarının dayandırılması bundan sonra onun bərpasına uzun illər və on milyardlarla dollar investisiya tələb edir. Ona görə də istehsal dayana bilməz”, - deyə, politoloq qeyd edib.

Politoloq Qabil Hüseynli də neft hasilatının dayandırılmasını mümkünsüz sayır: “Bu hasilat üzərində pay bölgüsü var. Təkcə Azərbaycanın iradəsindən asılı məsələ deyil. Bu, bölgüdə iştirak edən 10-a yaxın şirkətin iradəsindən asılıdır. Azərbaycanın dünya neft hasilatındakı payı 1%-dən bir qədər yüksəkdir. Bəlkə də 1%-dir. Onun dayandırılması dünya neft bazarında neftin çatışmazlığına təsir edə bilməz. Amma hər halda, bizim neft Avropanın bir neçə ölkəsini yanacaqla təmin edir. Çünki yüksək keyfiyyətlidir. Neft hasilatının azaldılması böyük siyasi risk tələb edir. Bununla Azərbaycan dünyanın bu sahə üzrə böyük rol oynayan neft şirkətlərini özünə qarşı qoymuş olardı. Amma neftin hasilatını tam yox, müəyyən qədər azaltmaq mümkündür. Həm ehtiyatlılıq, həm də dünya neft bazarına cüzi də olsa, təsir etmək baxımdan. Digər neft ölkələri də belə qərarlar verə bilər. OPEC dəfələrlə belə təkliflə çıxış edib. Bu məsələdə ipə-sapa yatmayan Səudiyyə Ərəbistanının özü də neft hasilatının azaldılması ilə bağlı son dövrlərdə çıxış etməyə başlayıb. Bu amillər neftin yüksəlişinə təkan verə bilərdi. Hasilatın tamam dayandırılması heç zaman mümkün deyil”.

Politoloq indiki şəraitdə parlamentin buraxılması təklifinin də mümkünsüzlüyünü vurğuladı: “Bu, çox riskli məsələdir. Parlamentin yüksək iş qabiliyyəti və ölkəni böhrandan çıxaracaq qanunverici orqan şəklində formalaşdırıldığını deyə bilmərəm. İndiki halda hakimiyyətin çox ciddi qoludur. Parlamentin buraxılması doğrudan da ölkədə siyasi vakuum yaradar. İqtisadi çətinliklərin yaratdığı gərginliyi də üstələyə bilər. Bu, yalnız müəyyən mərhələdən sonra mümkün ola bilər. Hakimiyyətin islahatlara başladığı bir vaxtda parlamentin buraxılması ideyası ağlabatan məsələ deyil. Bu, işə ciddi zərər vura bilər”.

Q.Hüseynli ölkə müxalifətinin parlament seçkilərinə görə belə təkliflərlə çıxış etdiyini iddia edir: “Parlament seçkilərindən sonra onlarda müəyyən narazılıqlar qalıb. Bu narazılıq hissi düzgün düşünməyə, qərar verməyə maneçilik yaradır. Onların bütün səylərini hakimiyyəti islahatlar keçirməyə vadar etməyə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmasına yönəltməlidirlər. Həssas bir şəraitdə hakimiyyət qollarının belə islahatlara getmələrinə də ehtiyatlı yanaşılmalıdır”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar