Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Muzey pulsuz olsa...



Bizi məktəbdən heç muzeyə aparmayıblar


İməciliyə aparıblar, prezident gələndə yolu təmizləməyə, yolun qırağında düzülüb əl eləməyə aparıblar, amma muzey, sərgi tipli yerlərə aparmayıblar. Arada bir konsertə aparırdılar, bir ay əvvəldən pul yığılırdı, pulun bir hissəsini müəllimlər və direktor mənimsəyəndən sonra mənasız bir konsertə aparırdılar, hoqqabazlara baxırdıq. Ona da hamı getmirdi, bilirdik ki, pul tələsidir. 

Prezident gələcək deyə bizi saatlarla yolun qırağında gözlətdikləri yaxşı yadımdadır. Soyuqdan nəfəsimiz kəsilə-kəsilə, əlimizdə güllər Gəncə-Bakı yolunda dayanırdıq. 

Krakovda tez-tez kollektiv şəkildə harasa gedən gəncləri, kiçik yaşlı uşaqları görürəm. Başlarında müəllim, ya bələdçi şəhəri gəzirlər. Ya da çay qırağında oturub filmə baxırlar, mühazirəyə qulaq asırlar. Bəzən yerli, bəzən də əcnəbi şagirdlərdən ibarət bu qrupları görəndə həmin yaşda əslində nələr itirdiyimizi daha yaxşı anlayıram. Biz o yaşda bir ənənəyə sahib olma imkanını itirdik. Maraqlı yerlərə, muzeylərə, gəzintilərə getmək, ətrafı araşdırmaq ənənəsini mənimsəyə bilmədik. Bu ənənəni də kiməsə ötürə bilmədik. 

Ona görə də indi Avropanın hansı şəhərində azərbaycanlıya rast gəlsən ancaq mərkəzi meydanda, ya da mağazalarda rast gələrsən. Bizimkiləri kitabxanalarda, muzeylərdə, sərgilərdə, mühazirələrdə görmək olmaz. Onlar bazar, alış-veriş sevdalısıdırlar. 

Dünən Polşada bütün muzeylərə giriş pulsuz idi. Adi günlərdə onsuz da tələbələrə əlli faiz endirim olur, həmin gün isə hər kəsə pulsuz eləmişdilər. Polşada ən məşhur muzey Auşvitsdir. Bu muzey indiyə qədər pulsuz olsa da artıq ziyarətçilərin çoxluğunu nəzərə alıb bəzi xidmətləri pullu eləyiblər. Krakovda isə muzeylərin əksəriyyəti pulludur.

Muzeylərə girişin pulsuz olduğunu eşidən hər kəs Vavelin, yəni keçmiş polyak krallarının sarayının önündə toplaşmışdı. Sıranın bir ucu burda idi, bir ucu neçə yüz metr o tərəfdə. Mən yarım saata yaxın növbə gözlədim, bu vaxt ərzində sırada üç ya dörd yüz adam var idi ki, əksəriyyəti gənc idi. Sıranı insanlar özü müəyyənləşdirirdi və hər hansı basabasdan söhbət gedə bilməzdi. Sıra mədəniyyəti bir yana dursun, gənclərin muzeylərə bu qədər maraq göstərməsi mənə xeyli təəccüblü gəldi. İçəri girdim, məlumum oldu ki, əslində muzeydə o qədər də maraqlı sayılan nəsə yoxdur. İnsan kral sarayı deyəndə daha bir ehtişamlı bir mənzərə ilə qarşılacağını güman edir, amma Vavelin içərisində elə də əhəmiyyətli bir tarixi nəsnəyə rast gəlmədim. Sadəcə kralların stolları, bəzi şəxsi əşyalar və xalçalar. 

Eyni halın Azərbaycanda olduğunu düşündüm və belə bir mənzərəni heç cür təsəvvür eləyə bilmədim. Bizdə muzey girişdə hər kəsə pul verəcəyini elan etsə də kimsə getməz. Bizdə əhalinin maraqları tamam başqa şeylərədir, bizdə bu cür bir ənənə yoxdur. Paytaxtın rayonlarında və regionlarda açıq havalarda konsertlər verilir, bizimkilər məhz bu konsertlərə toplaşır. Özü də yüzlərlə yox, minlərlə toplaşırlar. Nədi- nədi, mənasız müğənnilər gəlib ara mahnıları oxuyacaq.  Bizdə dövlət hər şeyin, toplanan insanların belə nəzarət altında toplanmasını istəyir. 

Şəxsən mən Krakovdakı bu mənzərəni görəndən sonra anladım ki, xalq üçün vacib olan bir çox ənənələr artıq məhv edilib deyə onun müqaviməti asanlıqla qırılıb. Muzeyə yox, çayxanaya, qonşuya qeybətə gedən bir gənclik formalaşdırılıb. Ona görə bizim çətin ki, gələcək nəsillərin pulsuz gedə biləcəyi muzeyə qoymağa nailiyyətimiz, maraqlı bir nəsnəmiz olsun. Hətta gələcək nəsil də muzeyə gedəcəkmi, ondan da əmin deyiləm. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar