Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Rusiya ilə müharibəyə hazırlaşır


Qarabağın qurtuluşu üçün böyük fürsət!


Qafqazın ən üzücü münaqişəsinin həlində ilginc ssenari; Hərbi ekspertlərin ardınca britaniyalı general da toqquşma barədə xəbərdarlıq etdi;

 Azərbaycan üçün unikal şans pəncərəsi açıla bilər; işğalçıya apreldəkindən də sarsıdıcı zərbə vurmaq üçün güc və hazırlığımızı hər an artırmalıyıq... 
Krımın ilhaqına görə Qərblə, özəlliklə də NATO ilə Rusiya arasında gərginlik üçüncü ildir davam edir. Vəziyyəti tündləşdirən məsələlərdən biri də şimal qonşumuzun vaxtaşırı NATO üzvü olan həmsərhəd Baltikyanı ölkələr və Polşanın hava məkanını özünün hərbi təyyarələri ilə nümayişkaranə şəkildə pozmasıdır. 

Təhlükəni ciddiyə alan NATO və onun aparıcı üzvü ABŞ isə Baltikyanı ölkələr və Polşa daxil, alyansa üzv olan Şərqi Avropa ölkələri ərazisində hərbi kontingenti artırmaqda, intensiv genişmiqyaslı təlimlər keçirməkdə, bu ölkələrin təhlükəsizliyinin təminatına yönəlik başqa ön tədbirlər görməkdədir. Hazırda Qara dənizdə davam edən NATO təlimləri də eyni hədəfə, Rusiyanı effektli şəkildə cilovlamağa yönəlib. 

***
Lakin bir sıra siyasi və hərbi ekspertlər son zamanlar bu kimi addımların yetərli olmayacağı, Rusiya - NATO (ABŞ) qarşıdurmasının qaçılmaz olacağı haqda bədbin proqnozlar verməkdədirlər. Aparıcı motiv kimi belə bir toqquşmada Kremlin maraqlı olması göstərilir. İddialara əsasən, beynəlxalq sanksiyalarla küncə sıxışdırılan Rusiya bu cür qarşıdurma ilə, yaxud qarşıdurma təhdidi ilə özünü Qərbə, dünyaya fövqəlgüc kimi qəbul etdirmək, əvvəlki imicini qaytarmaq istəyindədir. Belə bir tənqid də səslənir ki, Qərb siyasətçiləri hərbi sahəyə daha çox investisiya qoymaqdansa, hərbi hərəkətlər barədə bəyanatlar verməkdədirlər.

NATO silahlı qüvvələrinin baş komandanının keçmiş müavini, britaniyalı general Riçard Şirrefin yeni kitabında məhz bu barədə söz açılır. Kitabda deyilir ki, Qərb bir ildən sonra Rusiya ilə açıq müharibə vəziyyətində olacaq. “Kreml Baltikyanı dövlətləri Latviyadan başlayaraq işğal edəcək və NATO buna reaksiya vermək istəyəndə isə onu nüvə silahı ilə hədələyəcək. Tərəddüdlü NATO fəlakətlə üzləşəcək. Güclü siyasi bəyanatların güclü hərbi qüvvəyə üstün gəldiyi an yetişəcək” - kitabda bildirilir.

General Şirrefə görə, Rusiya ilə müharibə gələn ilin mayında - düz bir il sonra baş verə bilər. Müəllif hesab edir ki, “aqressiv və fürsətçi Putin” Qərbin zəif siyasi liderliyindən istifadə edərək Rusiyanı bir daha qüdrətli dövlətə çevirəcək. Onun qənaətincə, 2008-ci ildəki 5 günlük Gürcüstan müharibəsi və 2014-cü ildə Krımın ilhaqı, ardınca Ukraynanın Şərqində separatçılığın qızışdırılması böyük Rusiya ekspansiyası planının yalnız başlanğıcıdır. General bunu da qeyd edir ki, keçmiş sovet respublikalarındakı dondurulmuş münaqişələr böyük planın icrasında Putinin işinə yaraya bilər. Lakin necə, bunu detallaşdırmır.

***
Doğrudur, generalın proqnozlarını ciddi qəbul etməyənlər var. Onların nəzərincə, Ukrayna “bataqlığına girən” və ağır sanksiyalarla üzləşən Moskvanın Baltik regionunda daha bir müharibədə maraqlı olması sual yaradır. Bu məqam da xüsusi qabardılır ki, Ukrayna və Gürcüstandan fərqli olaraq, Baltik dövlətləri NATO üzvüdür. Londonda Royal “United Services” İnstitutunda kitabı ilə bağlı etdiyi təqdimat çıxışında general Şiffrerin özü də proqnozuna düzəliş edərək deyib ki, müharibənin qarşısını almaq üçün NATO Şərqi Avropa və Baltik hövzəsində canlı qüvvə və hərbi texnika cəmləşdirməlidir - nəyi ki, artıq alyans həyata keçirir.
Ancaq gerçək gerçəkliyində qalır ki, NATO-Rusiya münasibətləri ən gərgin dönəmini yaşayır. Alyansın, ABŞ-ın Gürcüstanda hərbi cəhətdən xeyli fəallaşması, iyulun 8-də gözlənilən NATO sammiti, sammit ərəfəsində daha bir Avropa dövlətinin (Monteneqronun) ona üzv qəbul olunması münasibətlərə əlavə gərginlik qatmaqda, Moskvanı daha əsəbi eləmək də və onu çıxış yolu axtarışına sövq eləməkdədir.

Bu çıxış yolunun NATO-Rusiya qarşıdurması ola biləcəyi barədə ehtimallar isə artmaqdadır. Az öncə analoji xəbərdarlıqla Ukrayna mətbuatına açıqlamasında tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer çıxış eləmişdi. Onun sözlərinə görə, Rusiyanın sərhədləri yaxınlığında müharibə ocaqları artır. “Türkiyə və Suriyada olan böhranlar hələ bitməyib. Bundan əvvəl Donbas var idi, indi isə bura Pribaltika da əlavə olunub. Rusiyanın ya NATO ölkələrindən biri, yaxud ABŞ-la birbaşa hərbi qarşıdurması mümkündür. Çox güman ki, bu, yaxın illər ərzində baş verəcək” - ekspert vurğulamışdı.

***
Bu proqnozları təbii ki, Azərbaycan da ciddiyə almalıdır. Çünki Rusiya Dağlıq Qarabağ məsələsinin həllində əsas əngəlləyici siyasi-hərbi faktor olaraq qalır. Ancaq aydındır ki, Kreml NATO ilə qarşıdurmaya cəlb olunarsa, Dağlıq Qarabağ kimi münaqişə zonalarına əvvəlki diqqəti ayıra, Azərbaycan-Ermənistan müharibəsinə İrəvan tərəfdə cəlb oluna bilməyəcək. Buna risk eləməyəcək, əks halda NATO üzvü Türkiyə müharibəyə qoşulmaqla Moskvaya qarşı ikinci cəbhə aça bilər - hansı ki, NATO da artıq bunda maraqlı olacaq. 

Ayrı sözlə, on illərdir əraziləri işğal altında qalan Azərbaycan üçün əslində unikal şans açıla bilər. Odur ki, Qarabağ ətrafında kifayət qədər həssas bir dönəmə daxil olduğumuzu ciddiyə alıb da daha da güclənməli, hərbi qüdrətimizi Türkiyə, İsrail, Pakistan, lap elə Rusiyanın özünün hesabına durmadan artırmalıyıq. 

Ermənistanın yaxşı ki, belə imkanı yoxdur, çünki iqtisadi durumu ağırdır. Böyük fürsət anına hər cəhətdən yaxşı hazırlaşmamız lazım! 

Onu da yaddan çıxarmaq olmaz ki, 4 günlük müharibədə Qərb (ABŞ, NATO) Azərbaycan ordusunun təmizləmə əməliyyatına münasibətdə faktiki, neytral qalıb. Bu da yetərincə anlaşılandır. Hər necə olmasa, münaqişənin uzanmasından, Ermənistanın Kremlin əlində oyuncaq olmasından və Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə can-başla dəstək verməsindən Qərb də bezib və bir an öncə konfliktin həllini, Moskvanın bölgədən çəkilməsini istərdi.   

Eyni zamanda rəsmi Bakının çevik diplomatiya yürütməsi də vacibdir ki, Azərbaycan Gürcüstan kimi Kremlin qəzəbinə tuş gəlməsin. Rusiyanı öz tərəfimizə çəkə bilməsək də, çalışmalıyıq ki, bütün variantlarda onun neytrallığını təmin edək. NATO-Rusiya savaşı olsa da, olmasa da, bu neytrallıq təmin olunarsa, torpaqlarımızın azad edilməsi yalnız zaman məsələsi olacaq.(musavat.com)   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar