Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO baş katibinin Gürcüstana ilk rəsmi səfərinin mühüm pərdəarxası


Qərb strateji qaz kəmərlərini nəzarətə götürür; Rusiyanın bölgədə fəallaşdığı, kəmərlərə terror təhlükəsinin artdığı məqamda Alyans Azərbaycanın “qərb qapısı”ndan potensial təhlükə ünvanlarına mesaj göndərdi...


Dünən - avqustun 26-da NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana iki günlük səfərə gəlib. 

Alyans rəhbərinin rəsmi görüşləri bu gün - avqustun 27-də başlayacaq. Şimali Atlantika blokunun başçısı səfər proqramı çərçivəsində ölkənin prezidenti, baş naziri, parlamentin spikeri və müdafiə naziri ilə bir araya gələcək. Həmçinin NATO-nun çevik qüvvələri üçün hazırlanan rotanın zabit və əsgər heyəti ilə görüşəcək.

Ən önəmlisi isə Stoltenberqin Gürcüstanda olduğu müddətdə burada Alyansın təlim mərkəzinin açılmasının nəzərdə tutulmasıdır. Əksər siyasi müşahidəçilərin fikrincə, bununla NATO Güney Qafqaz regionunda rəsmən oturuşması üçün ilk ciddi addımını atmış olacaq. Ardınca isə Gürcüstanın Şimali Atlantika blokuna üzvlüyü tezləşə bilər. Elə NATO baş katibinin müzakirə edəcəyi aktual mövzulardan biri məhz Gürcüstanın alyansa qəbulunun reallaşacağı tarix ətrafında olacaq. 

Bölgədə və onun ətrafında gedən proseslər, öncəliklə də Rusiyanın Gürcüstana, Gürcüstan timsalında isə regionun digər ölkələrinə, Azərbaycana qarsı açıq təhdid və şantaj siyasətinə keçməsi, o sırada separatçı Abxaziya və Cənubi Osetiyadakı, Ermənistanda isə Gümrü hərbi bazasından istifadə edərək bölgəni sürətlə hərbiləşdirməsi, nəhayət, Bakı-Tiflis-Supsa neft kəmərinə yaratdığı yeni təhlükələr Güney Qafqaz dövlətlərinin Qərbə əsas qapısı sayılan Gürcüstanın NATO-ya sürəkli üzvlüyünü labüd edir. 

Son günlər strateji qaz kəmərlərində (Bakı-Tiflis-Ərzrum) intensivləşən, Kremlin barmağının da olduğu istisna edilməyən partlayışlar isə Qərbin əsas hərbi-siyasi qurumu olan NATO-nun bölgəyə daha yaxın məsafədə  qərar tutmasını imperativə çevirib. Aydındır ki, NATO de-yure bölgədədirsə, terrorçu qüvvələr özlərini yığışdıracaq, Rusiya özünü daha ehtiyatlı aparmalı olacaq ki, alyansla toqquşmasın. 
***
Sirr deyil ki, Rusiya belə partlayışlarda həm də “Türk axını”na rəqib olan TANAP və TAP-ın, (Transxəzər qaz kəmərinin) əngəllənməsi baxımından maraqlıdır. Ona görə ki, belədə kəmərin keçəcəyi ərazilərin təhlükəsiz olmadığı fikri yaranmış olur. Moskvanın bölgəni maksimum dərəcədə hərbiləşdirmək istəyi, Bakı-Supsa kəmərinin bir hissəsini ələ keçirməsi, heç şübhəsiz, həm də bu rəyi gücləndirməyə hesablanıb.

Nəhayət, Rusiyanın, NATO baş katibinin səfəri ərəfəsində, Müdafiə Nazirliyinin dəmiryol qoşunlarının 50 xüsusi texnikası və 500-dən çox hərbçisini Gürcüstanın separatçı Abxaziya bölgəsinə yeritməsi də eyni məqsədə xidmət edir. Xəbər verildiyi kimi, Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov qoşunların Abxaziya ərazisindən keçən dəmiryolunun Oçamçir stansiyasından İnquri çayına qədər olan hissəsinin bərpası üçün yeridildiyini açıqlayıb. Rəsmi Tiflis isə baş verənlərdən narahatdır və Rusiyanın davranışlarının 2008-ci ilin avqust müharibəsi ərəfəsini xatırlatdığını bildirir (virtualaz.org).

“Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstan dəmir yolunun Abxaziya hissəsinin bərpası üçün başladılmış işləri pisləyir və Rusiyadan bu qanunsuz hərəkətlərə son qoymağı tələb edir”- Gürcüstan XİN-in dünən axşam yaydığı bəyanatda bildirilir. Tiflis bunu “Moskvadan növbəti aqressiv və təxribatçı addım” kimi qiymətləndirir, beynəlxalq ictimaiyyəti Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlmiş bu hərəkətlərə qarşı qəti addımlar atmağa çağırır.

XİN bildirir ki, 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilə ərəfəsində Rusiya Abxaziya regionunda dəmir yolunun bərpasına başlamışdı və bu məqsədlə dəmir yol qoşunlarını yeritmişdi. Bu qoşunlar daha sonra döyüş əməliyyatları zamanı ordu hissələrinin və texnikanın daşınması üçün effektiv şəkildə istifadə olundu.

***
Bu xüsusda NATO baş katibinin Gürcüstan səfəri olduqca yerinə düşür və Rusiyanın aqressivliyini azaltmaq, onun bölgəyə, o cümlədən Azərbaycana yönəlik iştah dişini kütləşdirmək baxımından mühüm önəm daşıyır. Bu səfər şəksiz, ilk növbədə Rusiyaya açıq bir mesaj olacaq ki, Qərb, ən əvvəl də ABŞ artıq uzaqda deyil və Kremlə 2008-ci ildəki kimi bölgədə sərbəst hərəkət imkanı tanımayacaq.    

Xatırladaq ki, bu ilin əvvəlində ABŞ Senatının qəbul elədiyi qətnamə ilə Gürcüstan, Ukrayna və Moldova ABŞ-ın NATO-dan kənar hərbi müttəfiqləri elan edilib. Bundan əlavə, sənədə əsasən, Azərbaycanın da öz təhlükəsizliyini təmin eləmək üçün Amerikaya hərbi kömək üçün müraciət edə bilər (Ermənistana belə bir şans tanınmayıb).

Bölgə və onun ətrafında gedən son proseslərdən bir daha qənaət hasil olur ki, ABŞ-ın “Stratfor” analitiklərinin də az öncə proqnoz elədikləri kimi, Qərb-Rusiya qarşıdurması Ukraynadan Güney Qafqaza transfer edilməkdədir. Bu isə o anlama gəlir ki, qarşı duran tərəflərin toqquşan enerji və təhlükəsizlik maraqlarının tezliklə daha kəskin xarakter almasının şahidi ola bilərik. (musavat.com)   

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar