Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nağıllara inanmaq...


Xuraman Hüseynzadə yazır


Torpaqlarımızın işğal vaxtı ilə həmyaşıd oğullarımız var. Beşiyi, bələyi o yerlərdə qalanlar, uşaqlığı çadırlarda, çiy kərpicdən tikilmiş daxmalarda keçənlər indi qos-qoca igidlər olub. Vətən anlayışının nə demək olduğunu ağır keçən uşaqlıq illəri anladıb onlara. O illər deyib ki, baxın, əgər siz öz ev-eşiyinizdə yaşasaydınız qışda soyuqdan donmaz, yayda istidən bişməzdiniz. Ağaclarınız olardı-kölgəsində dincələrdiniz, meyvələrini yeyərdiniz; oyuncaqlarınız olardı-oynayardınız doyunca; məktəbiniz, baxçanız, futbol meydançanız, kitabxananız olardı... Gəzərdiniz doğma yurdunuzun yamyaşıl meşələrində, içərdiniz buz kimi suyundan, ciyərinizə çəkərdiniz tərtəmiz havasını... Başqa cür həyat yaşayardınız. Doğmalarınız şəhid olmaz, ev-eşiyindən uzaqda o yerlərin həsrəti ilə dünyasını dəyişməzdi. Didərginlik nə olduğunu bilməzdiniz...

Bütün bunlar o uşaqlara didərgin həyatının, vətən sevgisinin mənasını öyrədib.

Öz torpağının işğal olunduğu günlə həmyaşıd uşaqlar indi böyüyüb ataları, əmiləri, dayıları kimi qoruyurlar vətəni. Əsgər gedirlər...

Yurdu işğal edilən vaxtlarda dünyaya göz açanlar gördüklərini anlamadılar. Körpəydilər. Yer üzündə nələrin baş verdiyindən xəbərsiz o balaca mələklərin illər sonra hələ də erməni ilə döyüşəcəyini, yaralanacağını, yaxud şəhid olacağını kimsə xəyal etməzdi. Hamı elə bilərdi ki, onlar böyüyüb hərbi xidmət yaşına çatanadək torpaqlarımız işğaldan azad olunacaq, insanlar şad-xürrəm yaşayacaq. Görünür, belə şirin xəyallar ancaq nağıllarda olurmuş.

Biz nağılları gerçəkləşdirə bilmədik. Necə deyərlər, hələ də inandıq nağıllara.

Və nəticə...

Analar gözü yaşlı qaldı...

Bir şəhid anasının fəryadı qulaqlarımdan getmir: “Belə zülm olmaz! Əzab-əziyyətlə uşaq böyüt, vətəni qorumağa göndər, qara tabutda üstünə yollasınlar. Torpaqların geri alınması uğrunda gedən döyüşlərdə şəhid olsaydı, bəlkə də təskinlik tapardım. O torpaqlara gedib fəxr edərdim ki, oğlum onun uğrunda canından keçdi. Öpərdim o torpaqları... İndi mən nə ilə ovunum?”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar