Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nalbəndyanı özündən çıxaran suallar



Azərbaycanlılar İsveçdə erməni naziri pis vəziyyətə saldılar


İsveçə səfirliyin açılışına gələn Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan əsas məruzəçi olduğu Stohkolm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda (SİPRİ) keçirilən “Cənubi Qafqazda Təhlükəsizlik Problemləri” adlı konfransda pis vəziyyətə düşüb. Həmin konfransda iştirak edən Rahim Sadıqbəyli müsavat.com üçün xüsusi reportaj hazırlayıb. 

R. Sadıqbəylinin sözlərinə görə, erməni nazir əvvəl  yenə də “köhnə palan içi” tökməklə qondarma soyqırım haqqında cəfəngiyyat danışıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “əgər erməni xalqına qarşı soyqırım törədilsəydi, bu gün Türkiyədə erməni qalmazdi” fikrinə münasibətini bildirən nazir hazırda Almaniyada da minlərlə yəhudinin yaşadığını, amma heç kimin Holokost faciəsini danmadığını deyib. Daha sonra nazir zalda iştirak edən azərbaycanlıların sərt sualları ilə üzləşib. 

Ermənilər tərəfindən törədilən Xocalı soyqırımına görə cinayət məsuliyyəti daşıyanların beynəlxalq məhkəmə qarşısında nə vaxt cavab verəcəkləri barədə suala erməni nazir “belə cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin haçansa cəzalandırılacağına ümid etdiyini” bildirib. Azərbaycan ictimaiyyətində reallığın əksinə olaraq fikir formalaşdığını qeyd edən erməni nazir, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova istinad edərək, “Xocalı qətliamının azərbaycanlıların özləri tərəfindən törədilməsinin” guya  təsdiqləndiyini deyib. 

Kəlbəcərli əsirlərlə bağlı suala gəlincə, Nalbəndyan deyib ki, onlar “adi şəxs yox, diversantlardı” və guya təmas xəttini keçərək erməni  kəndlini öldürdükləri üçün mühakimə olunurlar. 

“Uzun illər dost olaraq yaşadığı bir xalqın ərazilərinə hərbi təcavüz, 10 minlərlə insanın taleyini məhv etdiyinə görə Ermənistanın təcavüzkar siyasətini bir nazir kimi deyil, beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşan avropalı bir insan kimi necə qiymətləndirərdiniz” sualı isə Nalbəndyanı özündən çıxarıb. O deyib ki, azərbaycanlı tələbələr “mərkəzdən təlimatlar alaraq” müxtəlif tədbirlərdə bu cür çıxışlar edirlər. Ölkəsinin münaqişənin həlli üçün beynəlxalq hüququn prinsiplərinə söykənən mövqe nümayiş etdirdiyini bildirən Nalbəndyan bunları deyib: “Ermənistanın mövqeyinə görə ilk öncə Dağlıq Qarabağın yekun statusu öz müqəddəratını təyin etmə prinsipi ilə Dağlıq Qarabağın əhalisi tərəfindən müəyyən olunmalı, Dağlıq Qarabağda referendum təşkil olunana kimi DQ-nin müvəqqəti statusu beynəlxalq ictimaiyyət tərəfindən tanınır, Ermənistanla Dağlıq Qarabağ arasında koridor yaradılır, çoxtərəfli təhlükəsizlik qarantı verilərək bölgəyə sülhməramlılar yerləşdirilir, qaçqın və məcburi köçkünlərin bölgəyə qayıtması üçün şərait yaradılır və nəhayət, Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılır”. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar