Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun 13-cü kilometrliyində, Salyan rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Salyan rayonunun Xıdırlı kənd sakini, 1984-ci il təvəllüdlü Seymur Hüseynov naməlum avtomaşınla vurulub. Piyada hadisə yerindəcə keçinib.
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq İdarəsində cinayət işi qaldırılıb. Hadisə yerindən qaçmış sürücünün axtarışlarına başlanılıb.
pia.az