Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namizədlərin sayı 1246-ya çatdı


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirılib


İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayının 22 min 606 nəfəri ötdüyünü bildirən MSK sədri eyni zamanda 20 ölkədən 138 müşahidəçinin də qeydiyyatdan keçidiyini deyib.

MSK sədri bu günə qədər MSK-ya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 64 müraciətdən 15-nin təmin olunduğunu da nəzərə çatdırıb.

Daha sonra iclasda Milli Məclisə seçkilərlə bağlı daxil olmuş şikayətlərə baxılıb. MSK 24 saylı Nizami Birinci Seçki Dairəsindən namizədliyi öz təşəbbüsü irəli sürülmüş Xalid Bağırov, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyi öz təşəbbüsü irəli sürülmüş Mehdi Əhmədov, 66 saylı Biləsuvar Seçki Dairəsindən “Azadlıq-20115” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Mirzəkulla Zəki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Aynur Bağırzadə, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Ülvi Həsənov, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Nizami Abdurazaqov, 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş hüquqşünas Akif Hüseynovun müvafiq dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb, DSK-ların qərarlarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Xalid Bağırov vəkil olub, Vəkillər Kollegiyasının qərarı ilə bu statusunu itirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar