Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nardaranda 4 ölkənin bayrağı yandırıldı



Yanvarın 21-də Bakının Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında Fransada terror aktından sonra dünyanın bir sıra nüfuzlu nəşrləri tərəfindən İslam Peyğəmbərinin karikaturalarını dərc etməsinə etiraz olaraq, aksiya keçirilib


PİA.AZ Musavat.com-a istinadən xəbər verir ki, aksiyada qəsəbə sakinləri ilə yanaşı, Bakının digər kəndlərinin də sakinləri iştirak ediblər. Ümumilikdə isə, aksiyada 500 nəfərə yaxın şəxs iştirak edib.

Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov, Adil Əlizadə, Hacıağa Nuri, Mehrab Əlizadə,  Mehman Məmmədov, Rövşən Əhmədli, Hikmət Vəliyev çıxış edərək, Peyğəmbərin karikaturasının dərcini, Qərb dövlətlərinin və ABŞ-ın müsəlmanlara qarşı yürütdüyü siyasəti pisləyiblər.

Çıxış edənlər bildiriblər ki, müsəlmanlara qarşı haqsız münasibət davam etdikcə, kütləvi etiraz aksiyaları təşkil olunacaq: “Biz heç kəsə imkan vermərik ki, Peyğəmbərimizi təhqir etsin. Heç kimin ixtiyarı yoxdur ki, başqalarının inancını ələ salsın, təhqir etsin. Biz Peyğəmbərimiz uğrunda ölümə də hazırıq. Amerika, Fransa, Avropa əl-ələ verərək, İslama ləkə salmaq istəyirlər. Amma bu, onlarda alınmayacaq. Həmişə demokratiyadan, insan haqlarından danışanlar, indi demokratiya pərdəsi altında çirkli işlər görürlər. Bilin və agah olun ki, onlar nə qədər dinimizə sataşsalar da, biz İslamı, Peyğəmbərimizi sona qədər canımızla, qanımızla müdafiə edəcəyik. Hər bir müsəlman öz Peyğəmbərini müdafiə etməlidir. Nəinki müsəlmanlar, bütün digər dinlərin inanclıları da öz dinlərinə edilən təhqirə göz yummazlar”. 

Aksiyada “Fransa İslamdan qorxur!”, “İslamçılar oyaqdır, Peyğəmbərə dayaqdır!”, “Zalımlara ölüm olsun!” “Fransaya ölüm”, “İslam sahibsiz deyil” və s. bu kimi şüarlar səsləndirilib. ABŞ, İsrail, Fransa və Ermənistan bayraqları yandırılıb. 

İslam Partiyası sədrinin müavini Hacı Rövşən Əhmədli deyib: “Dünyanın bəzi lider ölkələri tərəfindən İslam adı ilə yaradılmış terror təşkilatları var. Bu təşkilatların əli ilə törətdikləri terrorlarla İslamı gözdən salmaq niyyətləri var. Dünyaya İslamı zorakı bir inancmış kimi göstərməyə çalışırlar. Təbii ki, bunların İslamla heç bir əlaqəsi yoxdur. Bunu sadəcə, müsəlmanlar yox, bütün dünyada savadlı, dərrakəli adamlar da dərk edirlər. Bu dövlətlər niyə İslamı terrorla eyniləşdirirlər. Dünyada islamafobiya yaratmağa çalışırlar. Amma İslam yarandığı gündən barışı, ədaləti, insan haqlarını təbliğ edib”.  

Xatırladaq ki, yanvarın 7-də “Charlie Hebdo” jurnalının redaksiyasına silahlı hücum zamanı 12-si jurnalist olmaqla, 14 nəfər öldürülmüşdü. Qətliamı törədənlər özlərini islamçı adlandırmış və bu hücumun İslam Peyğəmbərinin təhqir edilməsinə cavab addımı olduğunu bəyan etmişdilər.

Bu hadisədən sonra dünyanın ayrı-ayrı region və ölkələrində müxtəlif motivlərlə etiraz aksiyaları keçirildi. Qərb ölkələrində keçirilən mitinq və yürüşlər islamçı terrorçulara qarşı idisə, Şərq ölkələrində keçirilən analoji aksiyalarda isə İslam Peyğəmbərinin təhqir olunmasına etiraz ifadə olunurdu.














pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar