Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nardaranda su və telefon xətləri də kəsildi - Rəsmi açıqlama


Nardaranda qaz və elektrik enerjisi verilişində yaranan problemlərdən sonra digər kommunal xidmətlərin göstərilməsində də fasilələr yaranıb


Belə ki, noyabrın 28-dən etibarən qəsəbədə telefon xətləri kəsilib, içməli suyun verilməsi dayandırılıb. Hətta yanacaqdoldurma məntəqələrinin bağlandığı barədə də məlumat var.

PİA.AZ xəbər verir ki, aəsəbə ağsaqqalı Natiq Kərimovun cebhe.info-ya verdiyi məlumata görə, əhaliyə kommunal xidmət göstərilmir:

“Səhər saatlarından etibarən içməli suyun verilməsi dayandırılıb. Bununla yanaşı telefon xətlərimiz kəsilib, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Cənazələrinin qaytarılması istiqamətində danışıqlar gedib. Verilən məlumata görə, günortadan sonra cənazələr torpağa tapşırılması üçün bizə qaytarılacaq. Artıq dünyasını dəyişmiş insanların ailələrinin də səbri tükənib, onlar öz qardaşlarının cənazələrini istəyirlər”.

Xatırladaq ki, bir gün əvvəl Nardarana elektrik enerjisi və mavi yanacağın verilməsi dayandırılmışdı. Əlaqədar qurumlar bunu qəsəbə abonentlərinin külli miqdarda – 43 milyona yaxın borcunun olması ilə əlaqələndirib.

***

Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil”.

Bunu “APA-Economics”ə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: “Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə “APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar