Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nardaranda uşaqlar belə məhv edilir - Video


Azərbaycan ictimaiyyəti və mediası “Nardaran hadisələri” ifadəsinə getdikcə alışır. Nardaran kəndinin adı getdikcə qanlı-qadalı, sivilizasiyadan ayrılmış yeri xatırladır. Bəli, məhz sivilizasiyadan uzaq düşmüş yer


Nardaranda hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb, günahsız insanlar ölüb. Kənd camaatı isə, məsələyə o qədər soyuqqanlıqla yanaşır ki, insan dəhşətə gəlir. 

Kəndə girişdə şəxsiyyət vəsiqələrini yoxlamaq üçün tələb edən polislərlə kənd camaatı pis davranır. Nardaranlılar nəyin doğru, nəyin yanlış olduğunu sezə bilmirlər. Onların təhlükəsizliyini təmin etmək üçün sənəd tələb edən polislə düşmən kimi davranırlar.

Jurnalist döymək fəxrdir

Heç kimə sirr deyil ki, ölkədə JEK müdirinə güldən ağır söz deyə bilməyən adam da jurnalisti asanlıqla qapazlatı edə bilir. Odur ki, nardaranlılar da vəziyyətdə geri qalmaq istəməyiblər. Dünən çəkiliş üçün kəndə yollanan ATV , İctimai Televiziyanın, AzVision.az saytının əməkdaşları kənd camaatı tərəfindən döyülüb. 

Çox böyük ümid edirdim ki, kənd camaatı soyuq başla, səhəri gün olduğu üçün döyülən jurnalistlərə görə peşman olarlar. Tam əksinə, onlar əliyalın jurnalistin üstünə daş parçaları ilə çıxmaqlarına haqq qazandırdılar. Bunu isə belə izah edirdilər: “Onlar məsələni biz istədiyimiz kimi təqdim etmirlər”.

Öldürülən polislər

Kənd camaatı hər sahədə olduğu kimi, informasiya almaq sahəsində də geri qalıb. Adları, familiyaları, şəxsiyyətləri bəlli olduğu halda dünən polis öldürülmədiyini iddia edəcək qədər dünyadan xəbərsizlər var.
Təəssüf və göz yaşları ilə qeyd edirəm ki, dünən, noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub. Onlardan birir polis serjantı Vüqar Əyyub oğlu Nəsibov, digəri isə, polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevdir.




Boz kəndin qara paltarlı qadınları

Nardaranın bomboz, qaramat, yas əhvallı fonunda qara paltarlı qadınlar dolaşır. Kənardan onlar təyziq altında əzilmiş, məhv olmuş varlıqlar kimi görünür. Yaxınlaşıb danışdıranda əmin olursan ki, onların təkcə başları, bədənləri qara parçalarla sarınmayıb, beyinlər də artıq özlərinə məxsus deyil.

Bu qadınlar həmısı ayrılıqda partlamağa hazır bombadır. Onlar uzun illər psixoloji olaraq hazırlanıb, beyinlərində çarşab, dind dövlətindən başqa nəsə yoxdur. Bu qadınların ən böyük tələbi isə, gülməli olsa da çarşablı şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirməkdir.

O qadınların böyütdüyü kamikadzelər

Videoda gördüyünüz yalnız məhv olmuş dörd-beş uşaq deyil, həm də gələcək dörd-beş məhv olmuş ailə deməkdir. Əgər bu uşaqlar körpə yaşda kamikadze, terrorist olmasalar, onlar ailə başçısı olacaqlar, onlardan törəyənlər isə, 20-30 il sonranın Azərbaycanını təşkil edəcəklər. 

Bu çıxmazın sonu varmı? Yuyulmuş beyinləri geri qaytarmaq mümkündürmü? İnanclısansa, inanclarını azyaşlıya sırımaq haqqını, onun uşaqlığını əlindən almaq ixtiyarını sənə kim verib? Bu körpələr oyuncaqla yox, “lom”larla oynayır, mahnılar, uşaq nəğmələri yox, mərsiyyə əzbərləyir. O körpələr dövlətlərinə, polisinə nifrətlə böyüyür. “Biz məktəbə getməyəcəyik, döyüşəcəyik” deyirlər. Kiminlə? Polislə...




Regionlardan gələnlər

Nardaranda kütlə qışqırır, bağırır. Konkret tələb, məqsəd, səbəb yoxdur. İmam Hüseyn meydanına toplaşanlar qadınlara çarşab azadlığı tələb edir. Halbu ki, getdikcə ölkədə vəziyyət elə hal alır ki, başını qara torbaya keçirməyən qadınlar azınlıq halına gəlir. Digər tələb isə, Tale Bağırzadənin həbsdən azad olmasıdır. Tale Bağırzadə konkret məclisdə, konkret məqsədlərini açıqlayan zaman həbs edilib. Meydanda növbəli şəkildə çıxış edənlər dəfələrlə dövlətçiliyə iddialı olmadıqlarını desələr də, din dövlətinin tərəfdarı olduqlarını gizlətmirlər.

Daş, dəmir parçaları ilə dolu meydan

İmam Hüseyn meydanı hər tərəfdən daş və dəmir parçaları ilə əhatə olunub. İri gövdəli 4 ağac kəsilib, dəyənək düzəldilib. Azyaşlılar daşla dolu torbalarla, dəyənəklərlə silahlandırılıb. Qaz borularını dəmir parçaları ilə döyəcləyirlər. Onları özlərindən başqa heç kim eşitmir. Çünki, predmeti olmayan bütün iddialar əsassızdır.




Bütün iddialarınızı, mollalardan aldığınız pulları, silahları unudun. Övladlarınız, övladlarımız Nardaranda məhv edilir. Onları siz bu vəziyyətə salmısınız. Kənara çəkilin. Dövlət öz balalarına sahib çıxsın. Eşidirsiniz, molla çürükləri, bu torpağın övladlarından əl çəkin.(Femida.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar