Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotik alverçiləri tutuldu


Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub


Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Tülü kənd sakini 1993-cü il təvəllüdlü Tural Məhəmməd oğlu Atayev şəhər ərazisindəki çayxanalardan birində şərti alıcıya marixuananı satarkən tutulub. T. Atayevin evində aparılan axtarış zamanı oradan da narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
 
Keçirilmiş digər əməliyyat-axtarış tədbiri zamanı isə rayonun Şərif kənd sakini, 1977-ci il təvəllüdlü Kamal Şirinoviç Tayıbov yaşadığı kəndin ərazisində şərti alıcıya 550 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satarkən tutulub. K. Tayıbovun üzərinə baxış zamanı isə  kibrit qutusunda ümumi çəkisi 6,54 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. K. Tayıbovun yaşadığı evdə aparılan axtarış zamanı iki bükülüdə ümumi çəkisi 73 qram olan qurudulmuş marixuana götürülüb.
 
Hər iki faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır. 
  
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar