Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvana gələn turistlərin sayı artıb


Cari ilin ötən səkkiz ayında Naxçıvana 200 mindən çox turist gəlib


Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur
 
Publika.az-ın Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə istnadən məlumatına görə, ildən-ilə muxtar respublikaya gələn əcnəbi turistlərin sayında artım müşahidə olunmaqdadır. Bəhs olunan dövrdə Naxçıvana gələn turistlərin 84 min nəfərə yaxını xarici ölkələrin vətəndaşlarıdır.
 
Bu baxımdan, cari ilin avqust ayında muxtar respublikaya 11 min 333 əcnəbi gəlib. Muxtar respublikaya Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa İttifaqı ölkələri, ABŞ, Baltikyanı ölkələr, Koreya Respublikası, Çin və digər dövlətlərdən turist axını müşahidə edilməkdədir.
 
Əcnəbilərin Naxçıvanda olduqları müddətdə ən çox maraqlandıqları məkanlar sırasında isə muxtar respublikanın tarixi yerləri, mədəniyyət obyektləri, təbiət abidələri, ziyarətgahlar üstünlük təşkil edir. Onlara lazım olan xidmətlərin göstərilməsi üçün isə hər cür şərait mövcuddur.
 
Muxtar respublikaya rekreasiya, ziyarət, işgüzar, müalicə, tanışlıq və s. məqsədlərlə səfər edən turistlərə müasir standartlara uyğun mehmanxana və nəqliyyat xidmətləri təklif olunur, onlar üçün ekskursiyalar təşkil edilir.
 
“Gəmiqaya turizm” firması, Naxçıvan Muxtar Respublikası Turizm və Ekskursiyalar Birliyi bu işlərin təşkilində fəallıq göstərirlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar