Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanla sərhəddə Rusiya-Ermənistan qoşunları - “Kiçik sensasiya?“

Naxçıvanla sərhəddə Rusiya-Ermənistan qoşunları


RusiyaErmənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasına dair sazişin imzalanmasına çox yaxındır.

Virtualaz.org xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” Rusiya müdafiə nazirinin müavini Anatoli Antonova istinadən yazıb. Qəzet bu hadisəni “kiçik sensasiya” adlandırıb.

Bundan əvvəl  Rusiya müdafiə naziri Sergey Şoyqu İrəvanda səfərdə olub, onun iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Nazirlər Şurasının iclası keçirilib.

“Rossiyskaya qazeta” yazır ki, hazırda təşkilatın rotasiyalı sədrliyində Ermənistandır və iclas “Ararat dağının (Ermənistanda Türkiyədəki Ağrı dağını belə adlandırırlar - red.) ətəklərində” keçirilib.

Bu görüş zamanı Sergey Şoyqu bildirib ki, Rusiya özünün ali hərbi məktəblərində ödənişsiz oxuyan erməni hərbçilərin sayını artırmağa hazırdır. sözlərinə görə, hazırda Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində 400-dən çox Ermənistan hərbçisi təhsil alır.



RusiyaErmənistanın vahid qoşun qruplaşması yaratmasına gəlincə isə, müdafiə nazirinin müavini Anatioli Antonov deyib ki, bu barədə saziş mətninin üzərində iş gedir. “Rossiyskaya qazeta” yazır ki, hərbçilər saziş layihəsinin detallarını məxfi saxlayırlar və vahid qoşun birləşməsinə hansı qoşun növlərinin daxil olacağı məlum deyil.

Lakin bəzi məlumatlara görə, yeni qoşun birləşməsi Ermənistan ərazisində dislokasiya olunacaq və ona Ermənistan Silahlı Qüvvələrinin 4-cü ordu korpusu və Rusiyanın 102 nömrəli hərbi bazası daxil olacaq. Ermənistan ordusunun 4-cü korpusu Vayk vilayətində, Naxçıvanla sərhəddə dislokasiya olunub.

Lragir.am saytı bu faktdan çıxış edərək birgə qoşun qruplaşmasının niyə məhz Naxçıvanla sərhəddə yerləşdirilməsinin planlaşdırıldığı sualını qoyur. “Birincisi, niyə məhz Naxçıvanla sərhəddə? RusiyaErmənistan Naxçıvanla sərhəddə nəsə hazırlayır?”-sayt sual edir və Naxçıvanın strateji əhəmiyyətini vurğulayır.



Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratmaq planı Qarabağda aprelin əvvəllərində gedən 4 günlük müharibədən sonra gündəmə gəlib. Hərçənd erməni tərəfi iddia edir ki, bu məsələ daha əvvəldən müzakirə olunurdu.Ermənistandan verilən məlumatlara görə vahid qoşun birləşməsinə 4-cü korpusun komandanı,  general Andranik Markaryan komandanlıq edəcək.

Hazırda Ermənistan ərazisində Rusiyanın üç tam gücə malik motoatıcı polku, 1 özüyeriyən artilleriya polku, tank batalyonu, “Qrad” və “Smerç” reaktiv sistemlərinin bir neçə divizionu, “Erebuni” hərbi hava bazasında bir neçə qırıcı və helikopter eskadriliyaları, S-300 və “Buk” sistemləri ilə təchiz edilmiş ayrıca zenit-raket diviziyaları var.

Bundan ErmənistanRusiya hava hücumundan vahid müdafiə sisteminə dair sazişi ratifikasiya ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar