Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayev və dostlarının varis problemi


Zahid SƏFƏROĞLU yazır


Yaxud avtoritarizmdə çarələr niyə tez tükənir?

Qazaxıstan prezidenti Nursultan Nazarbayev olduqca maraqlı bir etirafda bulunub. O, indiyədək özünü bu postda əvəz edəcək varis tapa bilmədiyini söyləyib. Sitat: “Nə zaman əvəzedici axtarırsan, baxıb görürsən ki, ətrafın tapdaq altındadır”.

Qazax lideri bunu Astanada hökumətin geniş iclasında deyib. Onun fikrincə, varis yerinə layiqli heç kim yoxdur. “Təkcə mənəm. Bizdə başqası yoxdur, ona görə məndən möhkəm yapışın!” - qeyd edib prezident və zarafatla onu da əlavə edib ki, varis daha pis olacaq.
Vəziyyət isə həqiqətən zarafatlıq deyil. Nazarbayevin, həmçinin onun qonşusu, 30 ildir qazax həmkarı kimi fasiləsiz şəkildə taxtda oturan Özbəkistan prezidenti İslam Kərimovun gerçəkdən, varis problemi var.

Belə problem isə əlbəttə ki, diktatura, avtoritar rejimlərə xasdır. Çünki ölkəni on illərlə şəriksiz idarə edən qeyri-legitim rəhbərlər kərpic-kərpic qurulan korrupsiya-rüşvət piramidasının başında durduqlarından, hakimiyyətin “kənar ələ” keçəcəyi təqdirdə topladıqları qanunsuz sərvətlərin taleyindən, ondan da betəri, ədalət mühakiməsinə tuş gəlməkdən haqlı şəkildə narahatlıq keçirirlər. 

Bütün hallarda söhbət tipik avtoritar rəhbərin etirafından gedir. Eyni zamanda bu, demokratiyanın antidemokratik idarəçiliklərdən əsas üstünlüyünü ortaya qoyan parlaq bir nümunədir, faktdır. Ona görə ki, demokratiyada heç vaxt çarə tükənməz. Demokratiyada xalq heç vaxt rəhbərsiz qala bilməz. Nədən ki, yeni liderin, yeni prezidentin soyadının əvvəlki ilə eyni olması və onunla qohumluğu demokratiyada vacib şərt deyil, sayılmaz. 
O avtoritar liderin problemidir ki, yerinə öz soyundan, nəslindın kimisə tapa bilmir. Xalqın isə belə dərdi yoxdur, ola da bilməz. Zira, istedadsız, qısır xalq olmur, qısır hakimiyyətlər olur. Hətta mövcud şərtlər altında belə Qazaxıstanda, bənzər siyasi idarəçiliyə malik istənilən başqa dövlətdə azad və ədalətli prezident seçkilərinin keçirilməsini təmin eləmək yetər ki, xalq qısa zamanda özünə yeni, legitim başçı tapsın.

Nazarbayevin açıqlamasından isə o da aydın olur ki, o, belə seçkilər düzənləməyə hazırlaşmır. İndiyədək bunu etməyibsə, siyasi ömrünün qürub çağında ona gedəcəyi heç inandırıcı deyil. Qazaz prezidentin dediklərində üstəlik, xalqa və ətrafına minnət qoymaq, onu qorxutmaq məramı gizlənib. Yəni “mən olmasam, daha pis günə düşərsiz, odur ki, məndən bərk yapışın” məntiqi. 

Avtoritar idarəçiliyin mühüm xüsusiyyətlərindən biri də elə hökmdarın özünü əvəzedilməz, ən istedadlı, seçilmiş və bənzərsiz saymasıdır. Di gəl, bu “əvəzedilməz”lərin, “ən istedadlılar”ın fasiləsiz rəhbər olduqları ölkələrin xalqları bir qayda olaraq səfalət içində yaşayır, onların  iqtisadiyyatı zəif, mili pulları dollar, avro qarşısında həmişə dayanıqsız olur, nəinki prezidentləri 4-5 ildən bir seçki yolu ilə dəyişən ABŞ-ın, Avropanın demokratik ölkələrinin xalqları, iqtisadiyyatları və pulları.

Demokratik dövlətlərin xalqları acınacaqlı durumda ola bilməz. Heç bir nefti-qazı, başqa qiymətli təbii sərvəti  olmayan Yaponiyanın indiki vəziyyətinə də baxın, neft-qaz ölkəsi Qazaxıstana, Özbəkistana, Türkmənistana da. Fərq müqayisəyə belə gəlməz. Lakin bu, o demək deyil ki, qazax xalqı yapon xalqından istedadsız, bacarıqsızdır.   

Avtoritarizmdə çarələr də elə görə tez tükənir ki, xalqın potensialının açılmasına imkan verilmir. Bu potensialın açılması isə yalnız ölkədə azad və ədalətli seçki mühiti, şəffaf idarəçilik bərqərar ediləndə, təməl insan haqlarına riayət olunanda mümkündür.
Yalnız o halda əminlik hasil ediləcək ki, istənilən ölkənin ən qiymətli sərvəti yerin altında yox, üstündədir. Yəni onun azad seçki hüququna malik xalqı, azad insanlarıdır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar