Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayevin kürəkəninin qanında qadağan olunmuş maddə tapıldı



Qazaxıstan prezidentinin keçmiş kürəkəni, fevralın 24-də Vyana həbsxanasında meyiti asılmış vəziyyətdə tapılan Rahat Əliyevin qanında qadağan olunmuş maddənin izləri tapılıb


PİA.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Avstriya Baş Prokurorluğu rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, Rahat Əliyevin qan analizinin ekspertizasının nəticələrinə əsasən onun qanında barbituratların izlərinə rast gəlinib. Prokurorluq barbituratların Avstriyada praktiki olaraq qadağan edildiyini, bu preparatın R.Əliyevə həkimlər tərəfindən təyin olunmasının “demək olar ki, istisna olunduğu” qeyd olunur.

Əlavə edilir ki, bu, söhbət ekspertizanın ilkin nəticəsindən gedir, daha ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.

Barbituratlar barbitur turşusundan hazırlanan və mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərən dərman preparatları qrupudur. Dozasından asılı olaraq bu dərman insana yarımhuşsuzluqdan narkoz səviyyəsinə qədər təsir göstərə bilər.

Hazırda bu dərmanların təsir dairəsi olduqca məhduddur, çünki toksik effekti var və uzun müddət tətbiq olunanda narkotik asılılıq yarada  bilər.

Rahat Əliyev iki bankiri öldürməkdə ittiham olunurdu. Ölümündən bir neçə həftə əvvəl o, kamera yoldaşları tərəfindən təhdid olunduğuna görə təkadamlıq kameraya yerləşdirilib. R.Əliyevin intiharı əsas versiya olsa da onun öldürüldüyü də istisna deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar