Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimov intihar edən qaynı ilə düşmən olub?


Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun intihar edən qaynı ilə bağlı ilginc faktlar ortaya çıxıb


PİA.AZ xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, Məzahir Cəfərov 3 gün öncə intihar edib, lakin meyiti dünən, yəni intiharından bir gün sonra aşkarlanıb. Məlum olub ki, o, ölümündən bir müddət əvvəl ailəsini Qəbələdəki evinə aparıb, dincəlmələri üçün orda qalmalarını istəyib. Qəbələdən qayıdandan bir neçə gün sonra isə evində meyidi tapılıb. 

İndi əsas məsələ onun intihar etməsinə səbəbin nə olmasıdır. Diqqət çəkən məqam ondan ibarətdir ki, M.Cəfərovun intihar xəbəri yayılandan sonra onun psixoloji probleminin olması ilə bağlı informasiyaların sanki bir mənbədən bütün mətbuata ötürülməsidir. Maraqlıdır ki, həmin şəxsin yaxınları bunu inkar etmədilər. Hansı ki, M. Cəfərov iş adamıdır, böyük bir tikinti şirkətinə rəhbərlik edir və İbrahimovların böyük məbləğdə pul əməliyyatlarında adı keçir. Psixoloji problemi olan bir şəxsin bu işlərdə olması əlbəttə ki, ağıla batan deyil. 

Əgər belədirsə, o zaman nə baş verir: onun “dəli” olması kimə lazımdır?

Bu arda digər bir məlumat kifayət qədər maraqlı görünür. Xəbərə görə, Cəfərov son dövrlərdə İbrahimovlarla düşmən münasibətində olub. Bunun təsdiqi kimi, onun İbrahimovlara zərbə vuran, konkret olaraq Sahib İbrahimovun 4 binasını məhkəmə yolu alan İlham Qasımovla işləməsi göstərilə bilər. Qayın Cəfərovun düşmən şəxslə işləməsi və məhz İbrahimovlardan alınan (Binaların İbrahimovlardan alınması bu nəslin nüfuzdan düşməsi və onlara böyük zərbənin vurulması hesab olunur- red.) binalarda çalışması, öz tikinti şirkətinin (“Sahil D” MTK) düşmən İ.Qadımovun “Galaxy Palace” şirkətinin çətiri altında fəaliyyət göstərməsi inanılmaz ziddiyyətlərə gətirib çıxarıb. Qohumluq əlaqələri düşmənçilik həddinə çatıb.

Elə bu məsələ də Cəfərovun maliyyə qaynağlarını kəsilməsi, külli miqdarda borca düşməsinə səbəb olub... İntiharın da məhz böyük məbləğdə borca görə olması əsas versiya olaraq qalır.

Qeyd edək ki, Məzahir Cəfərovun meyidi Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb. 

O, bir müddət əvvəl tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, həbs edilmişdi, qaynı Nazim İbrahimovun qardaşı Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi. Əlavə edək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar