Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimovdan Xocalı hesabatı


Xarici ölkələrdəki diaspor təşkilatlarımızın Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir


PİA.AZ  xəbər verir ki, bunu Trend-ə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları tərəfindən çox maraqlı və effektiv tədbirlər həyata keçirilir: “Bilirsiniz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası çox uğurla həyata keçirilir, bu kampaniyada diaspor təşkilatlarımız, ümumiyyətlə, xarici ölkələrdə yaşayan azərbaycanlılar da fəal iştirak edirlər".

N.İbrahimov qeyd edib ki, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş tədbirlər, anım mərasimləri, etiraz aksiyaları, foto və rəsm sərgiləri təşkil olunub: "Təqdirəlayiq haldır ki, Xocalı soyqırımı ilə bağlı nəinki diaspor təşkilatlarımız, eləcə də Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklərimiz, ayrı-ayrı vətəndaşlarımızın kifayət qədər maraqlı təşəbbüsləri, layihələri oldu. Onların hər birinə təşəkkür edirik ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı belə yüksək fəallıq nümayiş etdirirlər. Xüsusilə də xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın bu həssas tarixdə nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir”.

O, həmçinin vurğulayıb ki, builki tədbirlər mahiyyətinə, məzmununa görə daha maraqlı olmaqla yanaşı, həm də daha geniş coğrafiyanı əhatə edib: “Azərbaycan Prezidentinin apardığı siyasət, müəyyən etdiyi strateji xətt bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirib. Azərbaycanlıların yaşadığı və təşkilatlandığı elə bir ölkə yoxdur ki, orada Xocalı soyqırımına dair hansısa bir tədbir, layihə həyata keçirilməsin. Bu da bir daha onu göstərir ki, bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin ətrafında sıx birləşiblər və xalqımızın tarixin müxtəlif mərhələrində məruz qaldığı ədalətsizliklərə öz etirazlarını bildirməyi bir borc kimi qəbul edirlər. Eyni zamanda, "Xocalıya ədalət" beynəlxalq kampaniyası da soyqırımın 23-cü ildönümünə dair tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar