Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Bakı sakinlərinin təhlükəsizliyindən danışdı


Kəmaləddin Heydərov: "Birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək"


"Əminəm ki, birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək."

Ans press-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın "The Business Year" nəşrinə müsahibəsində deyib.

Trend-in məlumatına görə, o söyləyib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq departamentləri fövqəladə hallarda evakuasiya planları hazırlayır və bu planların tətbiqi ilə bağlı müxtəlif təlimlər keçirir. Fövqəladə vəziyyətə dərhal reaksiya vermək məqsədilə fövqəladə xilasetmə resurslarının planlaşdırılmasına xüsusi diqqət yetirilir.

Nazir bildirib: "Biz nazirliyin bütün resurslarını və imkanlarını bir nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə tuturuq. Eyni zamanda, «Bakı 2015» Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq yaratmaq məqsədilə nazirliyin müxtəlif departamentlərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi əlaqələndirici təyin edilib."

Xatırladaq ki, bu il mayın 19-da Bakının Binəqədi rayonundakı 16-mərtəbəli yaşayış binasında yanğın olub. 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Bundan sonra şəhərdə fasadı üzlənmiş bir çox binaların yanına yanğınsöndürən maşınlar qoyulub, binalar mühafizəyə götürülüb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar