Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir böhrandan, Cahangir Əsgərov göydələndən danışır


Bir neçə ildən sonra Moskvada A sinfindən olan yeni və lüks biznes mərkəzlərinin tikintisini görmək mümkün olmayacaq


Hökumət yeni layihələrə böhrana görə qadağa qoyub.

Azərbaycanda isə vəziyyət fərqlidir. AZAL prezidenti Cahangir Əsgərov əhalinin aviabiletlərin inanılmaz dərəcədə baha olmasından hiddətlənməsinə məhəl də qoymayaraq, buna necə deyərlər, tüpürərək öz işindədir. O, Bakının mərkəzində özünə göydələn tikdirir. 28 mərtəbədən ibarət olacaq 119 metrlik bina Heydər Əliyev prospektində ucaldılacaq.

Neft dollarları axanının güclü vaxtında başqaları kimi inşaatçılar da dövlət şirkətlərinə, regionlara və nazirliklərə podratçı kimi xidmət etməklə, habelə mal təchizatı və xidmətlər hesabına xeyli varlanmışdılar. Oliqarxlar özlərinə şəxsi tikinti şirkətləri yaratmaq və elə öz nazirlik və idarələri üçün ofis tikmək məqsədilə hökumətin keçirdiyi tenderlərə qatılmaq üçün sanki yarışır, bunu özlərinə müqəddəs borc bilirdilər.

Əvvəlki ofisi görünür, elə bu AZAL-a da darlıq elədi - əlbəttə, “Azərbaycan xalqının rifahı üçün çalışmağa lazımi şərait, kifayət qədər rahatlıq yox idi”. Ona görə də şirkətdə belə qərara gəldilər ki, öz ofislərini tiksinlər. Özü də dövlət hesabına...

SOCAR da özünə ofis tikib. Amma bu şirkətlə bağlı məsələ aydındır. Axı SOCAR ölkənin büdcəsinə gəlir gətirən yeganə şirkətdir. Cahangir Əsgərovun “göydələn xəstəliyi”nə tutulmasının səbəbləri isə heç bir halda izaha yatmır. AZAL əməkdaşları köhnə ofisdəki kreslolarda özlərini niyə məhz böhran və ucuz neft dövründə qəfildən narahat hiss etdilər? Yoxsa uçub Tiflisə gedən gəlirləri hesablamaq üçün işıq yoxdur? Bəlkə təyyarələri göydələnin damından idarə etmək daha asan və rahatdır?

İstənilən halda tamaha “dur” deməyin vaxtı çatıb. Hökumət böhran faktını rəsmən etiraf edib. Və C.Əsgərov bu faktdan heç bir halda xəbərdar olmaya bilməzdi. Çünki Maliyyə Nazirliyi bütün nazirliklərə və dövlət qurumlarına rəsmi məktubla müraciət edərək onlara büdcə xərclərini ixtisar edib azaltmağı təklif edib.

Bu, hələ yalnız ilkin addımdır. Virtualaz.org saytına məlum olub ki, Maliyyə Nazirliyi xərcləri payızda daha bir neçə milyon manat azaltmağa hazırlaşır.

Bu da anlaşılandır. Əks halda büdcə ili defisitlə başa çatacaq. Bu isə o deməkdir ki, belə olan halda Dövlət Neft Fondunun vəsaitlərini xərcləmək, ya da xarici maliyyə bazarında soyğunçuluğa bərabər faizlərə borca girmək lazım gələcək. Belə şəraitdə “qızıl yağışı”na bel bağlamağa da dəyməz. Əgər neftin qiymətində güclü sıçrayış olmasa, büdcəni 60-70 dollarlıq neft üzərində tərtib etmək lazım gələcək. Bu halda da hökumət yeni iri layihələrdən, ilk növbədə infrastruktur layihələrindən imtina etməli olacaq.

Yeri gəlmişkən, dövlətin problemləri “ikisi birində” timsallı məmur-oliqarxları, o cümlədən də Cahangir Əsgərovu heç vaxt xüsusi narahat etməyib. Xalqın və dövlətin ehtiyac və qayğıları Əsgərovun heç indi də vecinə deyil. İndi onun üçün ən vacib məsələ AZAL üçün yeni ofisin tikintisini mümkün qədər tez başa çatdırmaqdır.

Heç dünyanın ən nəhəng aviaşirkətlərinin nümunəsi də Əsgərovu maraqlandırmır. Necə deyərlər, nəhəng şirkətlər qoy öz balaca və sadə ofislərində oturub gündə milyonlar qazansın, biz isə sərnişinlərin cibini həyasızcasına soymağımız hesabına əldə etdiyimiz qəpik-quruşla lüks ofisdə şellənək...

Yeri gəlmişkən, dünyaca məşhur “Аmerican airlines” aviaşirkəti 100 ölkəyə uçuşlar təşkil edir. Yüzlərlə təyyarəsi var. Amma bu şirkət Nyu-Yorkda 30 mərtəbəli ofisdə mənzillənib.

Yaxud Avropa nəhəngini - özündə “Swiss İnternational Airlines” və “Austrian Airlines” kimi iri şirkətləri də birləşdirən “Lufthansa” aviakonsernini götürək. Bu alman şirkəti 200-dən çox istiqamət üzrə 78 ölkəyə uçuşlar təşkil edir. Amma “Lufthansa” hələ düz 1968-ci ildən bəri Frankfurtdakı sadə bir ofisdə oturur.

Nədir, yoxsa bizim AZAL özünü bu aviasiya nəhənglərində də “krutoy” hesab edir? Ümumiyyətlə, Cahangir Əsgərov indi bahalı və lüks ofisdə oturmaq haqda düşünməlidir, yoxsa illərdir onun misilsiz qiymət siyasətindən əziyyət çəkən sərnişinlərin problemləri barədə?!

C.Əsgərovun aviaşirkətin statusu haqda nəsə çox təhrif olunmuş və eybəcər təsəvvürü var. AZAL şefi yəqin belə düşünür ki, ofis nə qədər dəbdəbəli olsa, şirkətin nüfuzu da bir o qədər yüksək olar, münasib qiymətlər və sərnişinlərə keyfiyyətli xidmət isə 10-cu dərəcəli məsələdir...

Yeri gəlib, bunu da qeyd edək. AZAL əməkdaşları nəyə görəsə belə düşünürlər və buna əmindirlər ki, onların sərnişinlərə verdiyi yemək ən yaxşısıdır. Onlar görəsən, ortabab qəlyanaltıxana da görməyiblərmi? AZAL-ın verdiyi yemək ikinci dərəcəli sovet yeməkxanalarının adi yeməkləridir - sosiska, kartof püresi, düyü, toyuq budu və s.

Əlbəttə, təyyarədə yeməyə nə verilməsi o qədər də vacib məsələ deyil. Bu detalı ona görə qeyd etdik ki, AZAL rəhbərliyi biletlərin bahalığının bir səbəbi kimi də keyfiyyətli yemək amilini tez-tez qabardır.

Çox pis hal odur ki, istənilən aviaşirkət dövlətdən AZAL qədər dəstək alsaydı, indi çoxdan güclənmişdi. Biz isə əksini görürük. Bunu hamı bilir ki, yeni təyyarələr dövlət hesabına alınır. Əsgərov və onun sadiq komandası isə özlərini elə aparırlar ki, bu, guya onların xidmətidir, təyyarələri də öz gəlirləri hesabına alıblar.

Bu, hər halda çox qəribədir: belə inhisarçılıq və güclü dövlət dəstəyi ola-ola necə ziyanla işləmək olar?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar