Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir həmkarlarını Bakıya dəvət etdi


İtaliyanın Milan şəhərində keçirilən “EXPO Milan 2015” sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib


AzVision.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, konfrans çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini ilə görüşüb.

Görüş zamanı Azərbaycan və İtaliya arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ə.Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb və 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib. Həmçinin D.Francesçini Forumda iştirak etməyə dəvət edib.

Ə.Qarayev YUNESKO-nun baş direktoru İrina Bokova ilə də görüşüb. Görüşdə Azərbaycan-YUNESKO münasibətlərinin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

Konfrans çərçivəsində bir sıra ölkələrin mədəniyyət nazirləri ilə də görüşlər keçirilib. Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, Qatarın mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Bəhreynin mədəniyyət naziri Şaikha Mai Əl Xəlifə, Omanın mədəniyyət naziri Haitham Tarik Taimoor Əl Said, Türkmənistanın mədəniyyət naziri Annageldi Qarajayev, Albaniyanın mədəniyyət naziri Mirela Kumbaro Furxi və Belarusun mədəniyyət nazirinin müavini İrina Driqa ilə keçirilən görüşlər zamanı mədəniyyətin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşlər zamanı nazir Ə.Qarayev 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verərək həmkarlarını tədbirə dəvət edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar