Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini məktəblərdə dinin tədrisindən danışdı


“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası daha fundamental və mühüm sənəddir. Məktəblərdə din dərslərinin ayrıca fənn kimi keçirilməsi Dövlət Strategiyasına daxil ediləcək səviyyəsində olan məsələ deyil”.


Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, Strategiya təhsilin inkişafı üzrə hədəfləri müəyyənləşdirir: “Strategiyanın tətbiqi ilə bağlı növbəti sənədlər qəbul olunacaq. Onlardan biri Strategiyaya əsaslanan Fəaliyyət Planıdır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra təhsilin hər bir sahəsi üzrə dövlət proqramları qəbul olunacaq”. 

Nazir müavini onu da əlavə edib ki, hazırda məktəblərdə ayrıca din fənni tədris olunmur: “Ancaq bizim tədris planımızda ümumtəhsil məktəblərində “Həyat bilgisi” adlı fənn var. Bu fənn vasitəsilə həyatın müxtəlif sahələri ilə bağlı biliklər uşaqların yaş həddinə uyğun olaraq verilir. Orada ümumilikdə müxtəlif dinlər barədə də məlumatlar verilir”.(APA)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar