Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir oğlanların say artımından narahatdır


2025-ci ildə Azərbaycanda doğulanların sayının 205300 nəfərə çatacağı, əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, bu gün nazir Səlim Müslümovun iştirakı ilə ölkədə həyat səviyyəsinin təhlili və aktual hesablamalar, habelə Türkiyənin sədrlik etdiyi G20 iştirakçı-ölkələrinin məşğulluq üzrə İşçi Qrupu çərçivəsində keçirilən toplantılarda iştirakın təmin olunması sahəsində görülən işlərin hesabatı dinlənilib.

Səlim Müslümov bildirib ki, 2010-cü ildə Azərbaycanda məşğulluq səviyyəsi 61,2 faiz olmaqla Rusiyadakı 57,9 faiz, Türkiyədəki 43 faiz, Avropa Birliyinin üzvü olan Bolqarıstandakı 59,7 faiz, Latviyadakı 59,3 faiz və s. ölkələrdəki müvafiq göstəriciləri üstələyib. Hazırda işsizlik səviyyəsi 4,9 faiz olmaqla Avropa məkanındakı 11,5,  Avropa Birliyindəki 10 faizlik göstəricidən aşağıdır.

Demoqrafik göstəricilər əsasında aparılan təhlillər isə göstərir ki, əhalinin sayının 2005-2015-ci ilə olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Verilmiş statistik məlumatlar əsasında aparılmış proqnoza əsasən 2025-ci ildə doğulanların sayının 205300 nəfərə (təbii artım 1,34 faiz sabit qalmaqla) çatacağı, əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir.

Nazir S.Müslümov bununla belə doğulan uşaqların sayında gender disbalansının mövcud olduğunu, 2014-cü ildə ölkəmizdə doğulanların 53,6 faizini oğlanların, 46,4 faizini qız uşaqları təşkil etdiyini, bu disbalansın da orta perspektivdə əmək bazarına və sosial sferaya təsirinin araşdırılaraq qiymətləndirildiyini və müvafiq təkliflər hazırlandığını diqqətə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar