Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir oğlu media qurumlarını təqdim edəcək

Anar Məmmədovun “Garant Media holdinq”in təqdimatı olacaq


“Yaxın günlərdə "Garant Media holdinq"in təqdimatı olacaq. Həmin təqdimatda holdinqə daxil olan bütün media quruluşlarının adları açıqlanacaq, fəaliyyət istiqamətləri haqda bilgilər veriləcək" - bu haqda “Yeni Müsavat”a “Garant holdinq”in hüquqşünası Rüslan Məmmədov məlumat verib. Qeyd edək ki, bir neçə gün əvvəl “Gündəm xəbər” qəzeti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media quruluşlarından bəhs edən yazı dərc etmişdi.

Yazıda “Garant holdinq” rəhbərinin fəaliyyəti hədəf götürülür və “Anar Məmmədovun yeni media qrupu... ”hədəflər vurulacaq" yarımbaşlığı altında media quruluşlarının təyinatı, kimin tərəfindən idarə edilməsindən söhbət açılırdı.

Bildirlirdi ki, A.Məmmədovun media holdinqinə news.az, mugamradio.az, marka.az, interpress.az, auto FM, həmçinin, reklam saytları - turbo.Az, boss.az  və bina.az saytları daxildir.

Nazir oğlunun hədəfində gun.az, eləcə də Yurd TV-nin olduğu deyilir. Bu media holdinqin rəhbərliyinə Cəmil Rüstəmxanlının gətiriləcəyi bildirilirdi. Qeyd edək ki, R.Məmmədov “Yeni Müsavat”a açıqlamasında bir qədər əvvəl  “National Geographic” və başqa dünyaca məşhur media layihələrin yayım hüququnu aldıqlarını söyləyib. Bildirib ki, “National Geographic” jurnalının azərbaycan dilində çap edilməsi və televiziyada yayılması nəzərdə tutulur.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar