Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir oğlunun Londondakı bahalı mülkü

“Nə üçün ziyaların, anarların oğurladıqları pulların pulların bədəlini ödəməlidir …”


“Bu günlərdə daha bir dəhşətli məlumatla rastlaşdım.

 Belə ki, 2009-cu ildə Londonun ən bahalı hissəsində 1.15 milyard funt sterlinq (təxminən 1.7 milyard ABŞ dolları) dəyərində dünyaca məşhur ‪”‎One Hyde Park”‬ dəbdəbəli yaşayış kompleksi inşa edilib. Həmin kompleksdə olan ən ucuz mənzilin dəyəri 20 milyon funt sterlinqdən (29 milyon ABŞ dolları) başlayır. Mənzil sahibləri arasında Ukraynanın ən varlı adamı sayılan Rinat Axmetov, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev, ərəb şeyxləri və tanınmış iş adamlarının adlarına rast gəlmək olar. Sahiblər arasında diqqətimi çəkən isə Azərbaycan büdcəsini dədə malı kimi talayan Ziya Məmmədovun oliqarx oğlu ‎Anar Məmmədov‬ oldu”.


Aslan-ISM1


“AzPolitika”nın məlumatına görə, bunları tanınmış vəkil Aslan İsmayılov özünün Feysbuk səhifəsində yazıb. Vəkil deyir ki, Anar Məmmədovun adı həmin siyahıda görkəmli sahiblər arasında xüsusi yer tutur. 

“Yəni ölkəyə gələn milyardlarla pulu mənimsədikdən sonra vətəndaşlarımızı borc burulğanına salan hakimiyyət nümayəndələrinin bundan xəbəri yoxdur?! Nə üçün Azərbaycan vətəndaşları ziyaların, anarların oğurladıqları pulların bədəlini ödəməlidir və bu azmış kimi hələ gələcək nəsillər indi götürüləcək kreditlərə cavabdeh olmalıdırlar?! Heç olmasa vicdanları ola oğurladıqlarının az bir qismini qaytarıb gələcək nəsli borclandırmayalar. Ancaq bir şeyə əminəm, bu günə qədər haramı sona qədər rahat yeyən görməmişəm!”

Vəkil sonda araşdırmaçı jurnalistlərdən bu məsələ ilə bağlı araşdırma aparmağı xahiş edir: “Anar Məmmədovun həmin kompleksdə hansı dəyərdə, neçə mənzilə sahib olduğunu ictimailəşdirsinlər. Xalq onu bu günə salanları tanımalıdır!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar