Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirdən gənc məktəb direktoru təyinatı


Təhsil Naziri Mikayıl Cabbarov S.C Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasına yeni direktor təyin edib


Artıq yeni direktor Səbinə Turabova kollektivə və şagirdlərə təqdim olunub. 29 yaşlı S. Turabova Azərbaycanda ən gənc məktəb direktoru sayıla bilər. 

Qafqazinfo”ya açıqlmasında yeni direktor deyib ki, belə bir təyinat alacağından əvvəlcədən xəbəri olmayıb: “Bundan öncə Gimnaziyada Təmayül Fənnlər üzrə direktor müavini idim. Bir gün Təhsil Nazirliyindən ev telefonuna zəng gəldi və nazirliyə çağırıldım. Səbəbini soruşanda dedilər ki, sizə vəzifə həvalə olunub. Hazırda direktorluq fəaliyyətimlə yanaşı, ingilis dili müəlliməsi kimi də işimi davam etdirirəm”.  

Yeni direktor bildirib ki, o məktəbdə ilk növbədə ciddi nizam-intizam qaydalarına önəm verəcək: “Daha ciddi rejimdə çalışacağıq. Bütün şagirdlər nazirliyin tətbiq etdiyi məktəbli formalarında dərsə buraxılacaqlar. Şagirdlərin və müəllimlərin dərsə gecikmə hallarının qarşısı alınacaq. Keyfiyyətli təhsilin başlanğıcı nizam-intizamdan başlayır. Ən əsası da təhsilin keyfiyyətinin yüksəldilməsinə çalışacağıq. İldə bir neçə dəfə imtahanlar keçiriləcək. Yenilik ancaq savadlı kadrların yetişdirilməsinə çalışmaq olacaq. Şagird məktəbə formal olaraq gəlib getməməlidir. Gimnaziya ilə bağlı əsas istəyim millətimizə, gələcəyimizə yararlı uşaqlar yetişdirməkdir”.   

Turabova Gimnaziyanın binasının təmir olanacağına ümid etdiyini də bildirib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar