Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirin qardaşı Azadlıq Radiosunun bağlanmasını istəyir


Elton Məmmədov: “Bu radio dünyada ədavəti qızışdırmaqla, dövlətlərin daxili işlərinə qarışmaqla məşğuldur”


“Əgər bu gün “Azadlıq” radiosu siyasi təsisat rolunda çıxış edirsə, kimlərinsə sifarişi ilə təxribat törətməklə məşğuldursa, onun bağlanması təklifi müsbət qarşılanmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov söyləyib.

Xatırladaq ki, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi “Azadlıq” radiosunun fəaliyyətinin dayandırılması təklifi ilə çıxış edib. Hər il bu məqsədlə ABŞ büdcəsindən 750 milyon dollar vəsait ayrıldığını deyən baş redaktor bildirib ki, bu radio dünyada ədavəti qızışdırmaqla məşğuldur və birtərəfli xəbərlər hazırlayır.

Millət vəkili Elton Məmmədov amerikalı yazarın təklifini dəstəklədiyini dedi: “Adıçəkilən radionun fəaliyyəti o qədər qüsurlu, qeyri-obyektivdir ki, artıq Amerikanın özündə də buna etiraz edirlər. Amerikalı jurnalist tamamilə haqlı vurğulayır ki, Azərbaycanın inkişafı, rifahı haqqında bu radioda bir mövzu belə işlənilmir. Əvəzində hansısa təxribatçının, emissarın əli ilə ölkəmizi ləkələməyə çalışırlar. Bu radioda çalışanlar da müxalifət fəallarıdır. Onların da mövqeyi hamıya bəllidir. Bu mənada mən “Azadlıq” radiosunun bağlanmasının və ya fəaliyyətinə yenidən baxılmasının tərəfdarıyam”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar