Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabineti dəyişiklik etdi



Nazirlər Kabineti “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nda dəyişikliklər edib


Qüvvədə olan Qaydaya əsasən müqavilənin bağlanması üçün sığortalı müvafiq tibbi sığorta təşkilatına ərizə ilə müraciət etməlidir və ərizədə hüquqi şəxslər üçün hüquqi şəxsin adı, hüquqi ünvanı, onun bank rekvizitləri və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), fiziki şəxslər üçün sığortalının ünvanı, soyadı, adı, atasının adı, telefonu, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün isə həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), soyadı, adı, atasının adı, doğulduğu yer, cinsi, daimi yaşayış yeri, iş yeri və icra edilən işin xüsusiyyəti göstərilməklə sığorta olunan vətəndaşların siyahısı, sığorta haqqının məbləğini müəyyən etmək üçün əhəmiyyətli olan başqa məlumatlar (sağlamlıq göstəriciləri haqqında və s.) və könüllü tibbi sığorta müqaviləsi üçün əlavə olaraq sığorta tibbi xidmətlərinin siyahısı və sığorta təminatının şərtləri öz əksini tapmalıdır.
 
Dəyişiklik isə tibbi sığorta təşkilatları ilə bağlı tələbi müəyyənləşdirir. Dəyişikliyə əsasən tibbi sığorta təşkilatı icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan sığortalıyla icbari tibbi sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Eyni zamanda tibbi sığorta təşkilatı  könüllü tibbi sığorta müqaviləsi bağlamağın mümkün olması barədə beş iş günü ərzində qərar qəbul etməli və bu barədə sığorta edənin ərizəsində müvafiq qeyd aparmalıdır. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar