Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabinetindən “Məzun evi” ilə bağlı qərar



Müəssisənin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib


Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında qərar verib.
 
Qərara əsasən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində istismarına icazə verilmiş, dövlət sosial təyinatlı mənzil fonduna aid olan çoxmənzilli yaşayış binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar “Məzun evi” Sosial Müəssisəsinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib.
 
“Məzun evi” Sosial Müəssisəsinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək. 

Nazirlik 1 ay müddətində  Dövlət Sosial Təminat Xidmətinin nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsinin layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsinin ayrılmasını təmin etməlidir. Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları barədə siyahının hər tədris ilinin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etməlidir. Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik və Abşeron Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.

“Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları da müəyyənləşib. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar