Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik 2014-cü il üzrə dövlət büdcəsinin icrasına dair məlumat açıqlayıb



Hökumət 2014-də hansı xərclərə qənaət edib?


Maliyyə Nazirliyi  2014-cü il üzrə dövlət büdcəsinin icrasına dair (operativ) məlumat açıqlayıb.PİA.AZ bildirir ki, nazirlikdən “Yeni Müsavat”a verilən məlumata görə, dövlət büdcəsinin mədaxili 18400,5 milyon ,  xərcləri 18699,3 milyon  manat olub.

Diqqəti çəkən hökumətin xərclərdə qənaət etməsidir. Ümumilikdə, 2014-cü ildə dövlət büdcəsinin xərcləri  proqnozdan 6.8 faiz az və yaxud 18699,3 milyon manat  icra edilib.

Hökumət ən çox yanacaq və  enerji; nəqliyyat və rabitəyə ayrılan pullardan kəsib. Müvafiq olaraq proqnoza nisbətən 40  və 27.3 faiz az icra edilib. Bundan savayı, proqnoza nisbətən keçən ilin büdcəsində aşağıdakı istiqamətlər üzrə azalmalar olub: ümumi dövlət xidmətində 28.7, müdafiə 7.4, məhkəmə hakimiyyəti, hüquq mühafizə  11, təhsil 5.9, səhiyyə 8.3, sosial müdafiə və sosial təminat 4.9, mənzil və kommunal təsərrüfatı  8.8 faiz az icra olunub. Dövlət büdcəsi xərclərinin 24,0 faizi və yaxud 4485,8 mln. manatı sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2013-cü illə müqayisədə 403,9 mln. manat və yaxud 9,9 faiz çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ildə 2013-cü illə müqayisədə sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz (220,8 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,9 faiz (30,1 mln. manat), təhsil xərclərinə 8,2 faiz (117,6 mln. manat), səhiyyə xərclərinə 7,5 faiz (46,4 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6,9 faiz (19,1 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 5,2 faiz (54,3 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7 faiz (18,8 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 3,5 faiz (17,0 mln. manat), müdafiə xərclərinə 2,1 faiz (31,1 mln. manat) çox vəsait yönəldilib.

2014-cü ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6259,0 mln. manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,5  faiz olub.

Dövlət büdcəsinin kəsiri 298,8 milyon manat təşkil etmişdir və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar