Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik Qubad İbadoğlunun təşkilatını qeydiyyata almadı


Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb


Bu barədə Qubad İbadoğlu “Amerikanın Səsi”nə açıqlama verib.

O, Ədliyyə Nazirliyinin cavabını siyasi qərar adlandırıb: “Əslində, baş verənlər bizim üçün gözlənilən idi. Ədliyyə Nazirliyinin qərarı hüquqi müstəvidə deyil, siyasi əsasda verəcəyinə şübhəmiz yox idi. Sənədlərin hazırlanması və təqdimatı prosesi ADR Hərəkatının üzvü olan hüquqşünaslarla məsləhətləşərək müvafiq qanunvericiliyə uyğun həyata keçirilsə də, Ədliyyə Nazirliyi ADR Hərəkatını qeydiyyata almaqdan imtina etmiş və bəzi texniki iradlarla sənədləri geri qaytarmışdır. Həmin iradlar nəzərə alınmaqla ADR Hərəkatının sənədlərini yaxın günlərdə yenidən qeydiyyata təqdim edəcəyik. Bu istiqamətdə fəaliyyətimizi Azərbaycan qanunvericiliyi əsasında davam etdirmək niyyətindəyik. Yenidən qeydiyyatdan imtina olunarsa, o halda ADR Hərəkatının İdarə Heyətinin qərarları əsasında növbəti addımlarımızı müəyyənləşdirəcəyik.”

Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları “Azərbaycan Demokratiya və RifahA (ADR) Hərəkatının yaradılması haqqında 2014-cü il dekabrın 4-də bəyannamə yayıb. 2015-ci il fevralın 21-də təsis konfransı keçirilib.

Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar