Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik dabaq xəstəliyi ilə bağlı iddialara cavab verib


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bir sıra KİV-lərdə Aran rayonlarında mal-qara arasında dabaq xəstəliyinin yayılması, heyvanların xəstəlikdən tələf olması, ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə məlumatlara münasibət bildirib


DBNX-nin mətbuat xidmətindən PİA.AZ-a  verilən məlumata görə, 2016-cı il ərzində respublikada heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Hazırda ölkədə epizootik vəziyyət sabitdir: “Rayonlardan mütəmadi olaraq toplanmış məlumatlara və aparılan araşdırmalara əsasən ölkəmizdə heyvanlar arasında dabaq və eləcə də xüsusi təhlükəli xəstəliklərin yayılması müşahidə edilməyib. Həmçinin araşdırmalar zamanı heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərindən ölüm halının olmadığı müəyyən edilib. Respublikanın bütün bölgələrində olduğu kimi, BərdəGoranboy rayonlarında da heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb. Araşdırma zamanı hələlik ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə DBNX-yə heç bir məlumat daxil olmayıb. Əhalidən xahiş edirik ki, hər hansı bir xəstəlikdən ölmüş heyvanların toplanması və ya tədarükü barədə faktla rastlaşarlarsa bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər”.
 
Xatırladırıq ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar