Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik gəlir vergisi ödəyicilərinə xəbərdarlıq etdi



Aprelin 1-dək mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələr vergi orqanlarına təqdim edilməlidir


Mart ayının 31-i mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələrin vergi orqanlarına təqdim edilməsinin son müddətidir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən APA-ya verilən məlumata görə, 2014-cü ilin yekunlarına görə, gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisi bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər isə mənfəət vergisinin bəyannaməsini bu ilin mart ayının 31-dək vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini, Azərbaycan ərazisində 2014-cü ilin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər isə yol vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

Vergilər Nazirliyi bildirir ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda isə vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergilər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, bir ildən çox olmamaqla ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1%-i miqdarında faiz tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar